Əhli-sünnə alimi Əhməd ibn Hənbəl: "Mənzilət" hədisinin mənası barədə danışma!

Əhli-sünnə alimi Əbu Bəkr əl-Xəllal "əs-Sünnə" kitabında yazır:

أَخْبَرَنَا أَبُو بَكْرٍ الْمَرُّوذِيُّ، قَالَ: سَأَلْتُ أَبَا عَبْدِ اللَّهِ عَنْ قَوْلِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِعَلِيٍّ: «أَنْتَ مِنِّي بِمَنْزِلَةِ هَارُونَ مِنْ مُوسَى» ، أَيْشِ تَفْسِيرُهُ؟ قَالَ: «اسْكُتْ عَنْ هَذَا، لَا تَسْأَلْ عَنْ ذَا الْخَبَرِ، كَمَا جَاءَ»

Bizə Əbu Bəkr əl-Mərruzi xəbər verib dedi: Əbu Abdullahdan (Əhməd ibn Hənbəldən) Peyğəmbərin Əli üçün dediyi “Sənin mənə olan nisbətin, Harunun Musaya olan nisbəti kimidir”sözün mənasını soruşdum. Dedi: “Bu barədə danışma. Hədisi olduğu kimi burax”.

 

 

 

 

 

 

Əbu Bəkr əl-Xəllal, “Əs-Sünnə”, 1-ci cild, 2-ci cüz, səh.347, №460; "Darur-rəyya" - ər-Riyad, Səudiyyə Ərəbistanı, 1410/1989; təhqiq: Ətiyyə ibn Ətiq əz-Zəhrani

Ətiyyə ibn Ətiq əz-Zəhrani deyir:

إسناده صحيح

Sənədi səhihdir.

Çox maraqlıdır, məgər Hz.Əlinin (ə) fəziləti barədə nəql edilmiş hədisin mənasını araşdıranda nə olur ki? Diqqət edirsinizsə, məhz Hz.Əlinin (ə) Peyğəmbərdən (s) sonra xəlifə, imam olduğunu sübut edən hədisdən söhbət gedir.

26 Sentyabr, 2016  16:42 Baxılıb: 725 Çap

Bu bölmədə