Əhli-sünnə alimi Əhməd ibn Hənbəl: "Qədir-Xum" hədisinin mənası barədə danışma!

Əhli-sünnə alimi Əbu Bəkr əl-Xəllal "əs-Sünnə" kitabında yazır:

وَأَخْبَرَنِي زَكَرِيَّا بْنُ يَحْيَى، أَنَّ أَبَا طَالِبٍ حَدَّثَهُمْ، أَنَّهُ سَأَلَ أَبَا عَبْدِ اللَّهِ عَنْ قَوْلِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِعَلِيٍّ: «مَنْ كُنْتُ مَوْلَاهُ فَعَلِيٌّ مَوْلَاهُ» ، مَا وَجْهُهُ؟ قَالَ : «لَا تَكَلَّمْ فِي هَذَا، دَعِ الْحَدِيثَ كَمَا جَاءَ»

Mənə Zəkəriyya ibn Yəhya xəbər verib dedi: Əbu Talib bizə nəql edib dedi: Əbu Abdullahdan (Əhməd ibn Hənbəldən) Peyğəmbərin Əli üçün dediyi “Mən kimin mövlasıyamsa, bu da onun mövlasıdır”sözün mənasını soruşdum. Dedi: “Bu barədə danışma. Hədisi olduğu kimi burax”.

 

 

 

 

 

 

Əbu Bəkr əl-Xəllal, “Əs-Sünnə”, 1-ci cild, 2-ci cüz, səh.346-347, №458; "Darur-rəyya" - ər-Riyad, Səudiyyə Ərəbistanı, 1410/1989; təhqiq: Ətiyyə ibn Ətiq əz-Zəhrani

Ətiyyə ibn Ətiq əz-Zəhrani deyir:

إسناده صحيح

Sənədi səhihdir.

Növbəti hədis belədir:

وَأَخْبَرَنَا أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ مَطَرٍ، أَنَّ أَبَا طَالِبٍ حَدَّثَهُمْ قَالَ: سَأَلْتُ أَبَا عَبْدِ اللَّهِ عَنْ قَوْلِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِعَلِيٍّ: «مَنْ كُنْتُ مَوْلَاهُ فَعَلَيُّ مَوْلَاهُ» ، مَا وَجْهُهُ؟ قَالَ: «لَا تَكَلَّمْ فِي هَذَا، دَعِ الْحَدِيثَ كَمَا جَاءَ»

Bizə Əhməd ibn Məhəmməd ibn Mətər xəbər verib dedi: Əbu Talib bizə nəql edib dedi: Əbu Abdullahdan (Əhməd ibn Hənbəldən) Peyğəmbərin Əli üçün dediyi “Mən kimin mövlasıyamsa, bu da onun mövlasıdır”sözün mənasını soruşdum. Dedi: “Bu barədə danışma. Hədisi olduğu kimi burax”.

 

 

 

 

 

 

Əbu Bəkr əl-Xəllal, “Əs-Sünnə”, 1-ci cild, 2-ci cüz, səh.348, №461; "Darur-rəyya" - ər-Riyad, Səudiyyə Ərəbistanı, 1410/1989; təhqiq: Ətiyyə ibn Ətiq əz-Zəhrani

Ətiyyə ibn Ətiq əz-Zəhrani deyir:

إسناده وهذا الأثر صحيح

Bu əsərin sənədi səhihdir.

Çox maraqlıdır, məgər Hz.Əlinin (ə) fəziləti barədə nəql edilmiş hədisin mənasını araşdıranda nə olur ki? Diqqət edirsinizsə, məhz Hz.Əlinin (ə) Peyğəmbərdən (s) sonra xəlifə, imam olduğunu sübut edən hədisdən söhbət gedir.

26 Sentyabr, 2016  16:36 Baxılıb: 692 Çap

Bu bölmədə