İbn Qəyyim: "... əlimizdəki səhih hədislərin əksər hissəsi etibardan düşməli olar ..."

Əhli-sünnə təfsir, fiqh və hədis elmləri sahəsində xüusis çəkiyə malik olan, Hənbəli məzhəbinin ən məşhur alimlərindən və müasir sələfiliyin (vəhhabiliyin) fikir atası olan İbn Teymiyyənin ən öndəgedən müdafiəçisi sayılan İbn Qəyyim əl-Cəvziyyə yazır:

ولو كان كلُّ رجلٍ ضعَّفَه رجلٌ سقط حديثُه لذهبت عامَّة الأحاديث الصحيحة من أيدينا، فقلّ رجلٌ من الثقات إلا وقد تكلَّم فيه آخر ولم يسلم من طعن, ورجال الصحيحين قد جاوزوا القنطرة فلا التفات إلى كلام من تكلم فيهم بما يقتضي رد حديثهم. نام إذا تكلم في احدهم لرأيه أو لأمر تأوله فطعن به عليه; فهذا باب لا يقدح في الرواية.

Əgər bir nəfər onu zəif bilib deyə ravinin hədisi etibardan düşəsi olsa, onda əlimizdəki səhih hədislərin əksər hissəsi etibardan düşməli olar. Siqə şəxslər içərisində az adam var ki, barəsində kimsə mənfi danışmayıb və tənədən yaxa qurtara bilib. İki “səhih” kitabın ("Səhih əl-Buxari" və "Səhih Müslim"in) raviləri “körpünü keçiblər” deyə, onlar barəsində onların hədislərinin rədd olunmasını gərəkli edən sözlər deyən şəxslərin sözlərinə fikir verilməz. Bəli, əgər ravilərdən biri barəsində onun hansısa baxışına və ya gördüyü hansısa bir işə görə mənfi bir şey deyilsə və buna görə ona tənə edilsə, bu, onun hədisinə bir xələl gətirməz.

 

 

 

 

 

 

İbn əl-Qəyyim əl-Cəvziyyə, “Rəful-yədeyn fis-səlat”, səh.240; "Məcməul-fiqhil-İslami", Səudiyyə Ərəbistanı; təhqiq: Əli ibn Muhəmməd əl-İmran

Sələfilərin (vəhhabilərin) şiə rical elmi barədə saxta, əvvəli-axırı kəsilmiş, mənası təhrif edilmiş sitatlardan ibarət paylaşımlarına tez-tez rast gəlmək olur. Digər tərəfdən Əhli-beytin fəzilətlərinə dair əhli-sünnə hədislərini, yaxud öz əleyhlərinə olan hədisləri zəiflətmək ötrü 1-2 alimdən "filan ravi zəifdir", "filan ravi xəta edərdi" kimi sitatlar gətirib qəbul etmirlər. Onlara öz alimlərindən sitat gətirərək demək istəyirik ki, rical elmi ilə oynamayın, əks təqdirdə Peyğəmbərin (s) sünnəsindən əlinizdə heç nə qalmaz. Bu, böyük bir elm sahəsidir və hər yerindən duran özündən qaydalar tərtib edə bilməz. Birini bilirsiz, beşini bilmirsiz. "Əgər bilmirsinizsə, zikr əhlindən soruşun!. (Ənbiya, 7)
18 Sentyabr, 2016  16:08 Baxılıb: 830 Çap

Bu bölmədə