Şubənin siqə şəxslərdən rəvayət etməyə münasibəti

Bu mötəbər sənədli rəvayətdə əhli-sünnənin məşhur imamı Şubə ibn əl-Həccacın yalnız siqə şəxslərdən rəvayət etməsi xahişinə maraqlı cavabının şahidi olacaqsınız.

أَخْبَرَنَا عَبْدُ اللَّهِ قَالَ: حَدَّثَنِی أَبُو بَکْرِ بْنُ زَنْجُوَیْهِ قَالَ: حَدَّثَنِی عَبْدُ الرَّزَّاقِ، عَنْ أَبِی أُسَامَةَ قَالَ: وَافَقْنَا مِنْ شُعْبَةَ طِیبَ نَفْسٍ، فَقُلْنَا لَهُ: حَدِّثْنَا، وَلَا تُحَدِّثْنَا إِلَّا عَنْ ثِقَةٍ، فَقَالَ: قُومُوا

Bizə Abdullah nəql edib dedi: mənə Əbu Bəkr ibn Zəncuveyh nəql edib dedi: mənə Əbdürrəzzaq, Əbu Üsamədən nəql edib dedi: “Bir gün Şubəni kefi kök gördük, ona dedik: “Bizə hədis nəql et, amma siqə şəxsdən nəql et”. Şubə dedi: “Qalxın gedin”.

 

 

 

 

 

 

İbn əl-Cəd, “Müsnədü-İbn əl-Cəd”, c.1, səh.269, №8; "Məktəbətul-fəllah" - Küveyt, 1405/1985; təhqiq: Əbdül-Mehdi ibn Əbdül-Qadir

Sənədi səhihdir.

Ravilərin tərcümeyi-halları:

http://library.islamweb.net/hadith/RawyDetails.php?RawyID=23051

http://library.islamweb.net/hadith/RawyDetails.php?RawyID=7141

http://library.islamweb.net/hadith/RawyDetails.php?RawyID=4533

http://library.islamweb.net/hadith/RawyDetails.php?RawyID=2484

Sələfilərin (vəhhabilərin) şiə rical elmi barədə saxta, əvvəli-axırı kəsilmiş, mənası təhrif edilmiş sitatlardan ibarət paylaşımlarına tez-tez rast gəlmək olur. Digər tərəfdən Əhli-beytin fəzilətlərinə dair əhli-sünnə hədislərini, yaxud öz əleyhlərinə olan hədisləri zəiflətmək ötrü 1-2 alimdən "filan ravi zəifdir", "filan ravi xəta edərdi" kimi sitatlar gətirib qəbul etmirlər. Onlara öz alimlərindən sitat gətirərək demək istəyirik ki, rical elmi ilə oynamayın, əks təqdirdə Peyğəmbərin (s) sünnəsindən əlinizdə heç nə qalmaz. Bu, böyük bir elm sahəsidir və hər yerindən duran özündən qaydalar tərtib edə bilməz. Birini bilirsiz, beşini bilmirsiz. "Əgər bilmirsinizsə, zikr əhlindən soruşun!. (Ənbiya, 7)
18 Sentyabr, 2016  01:36 Baxılıb: 695 Çap

Bu bölmədə