Yəhya ibn Səid: "... yalnız 5 nəfərdən nəql edərəm".

Yəhya ibn Məinin tələbələrindən olan Abbas əd-Duri belə nəql edir:

سَمِعت يحيى يَقُول قَالَ يحيى بن سعيد لَو لم أرو إِلَّا عَن كل من أرضي أَو كلمة نَحْوهَا مَا رويت إِلَّا عَن خَمْسَة

“Yəhyanın belə dediyini eşitdim: Yəhya ibn Səid belə dedi: Əgər ancaq razı qaldığım kimsələrdən hədis nəql edəsi olsam, ancaq beş nəfərdən nəql edərəm”.

 

 

 

 

 

 

Abbas ibn Muhəmməd əd-Duri, “Yəhya ibn Məin və kitabətut-tarix”, c.4, səh.189, №3885; "Mərkəzul-buhusil-islamiyyə" və "İhyait-turasil-ilmiyyə" - Səudiyyə Ərəbistanı; 1399/1979; təhqiq: Əhməd Muhəmməd Nur Seyf

Sələfilərin (vəhhabilərin) şiə rical elmi barədə saxta, əvvəli-axırı kəsilmiş, mənası təhrif edilmiş sitatlardan ibarət paylaşımlarına tez-tez rast gəlmək olur. Digər tərəfdən Əhli-beytin fəzilətlərinə dair əhli-sünnə hədislərini, yaxud öz əleyhlərinə olan hədisləri zəiflətmək ötrü 1-2 alimdən "filan ravi zəifdir", "filan ravi xəta edərdi" kimi sitatlar gətirib qəbul etmirlər. Onlara öz alimlərindən sitat gətirərək demək istəyirik ki, rical elmi ilə oynamayın, əks təqdirdə Peyğəmbərin (s) sünnəsindən əlinizdə heç nə qalmaz. Bu, böyük bir elm sahəsidir və hər yerindən duran özündən qaydalar tərtib edə bilməz. Birini bilirsiz, beşini bilmirsiz. "Əgər bilmirsinizsə, zikr əhlindən soruşun!. (Ənbiya, 7)
18 Sentyabr, 2016  00:25 Baxılıb: 991 Çap

Bu bölmədə