Sələfi Muqbil ibn Hadinin Şubə haqqında sözləri

Sələfi (vəhhabi) alimi Muqbil ibn Hadi əl-Vadei yazır:

وشعبة من الذين اشتهروا أنهم لا يحدثون إلا عن ثقات، وفي مرة يقول: لو لم أحدثكم إلا عن ثقة ما حدثتكم إلا عن ثلاثين، وفي رواية: ما حدثتكم إلا عن ثلاثة.

Şubə yalnız siqə şəxslərdən hədis nəql etmələri ilə məşhur olan şəxslərdəndir. O bir dəfə belə demişdir: “Əgər sizə yalnız siqə şəxslərdən hədis nəql edəsi olsam, ancaq otuz nəfərdən nəql edərəm”, başqa bir rəvayətə əsasən: “...ancaq üç nəfərdən nəql edərəm”.

 

 

 

 

 

 

Fotoşəkil: Muqbil ibn Hadi əl-Vadei, “Əl-Muqtərəh fi əcvibəti-badi-əsilətil-mustələh”, səh. 53; Darul-asar, Səna, 1425/2004

Sələfilərin (vəhhabilərin) şiə rical elmi barədə saxta, əvvəli-axırı kəsilmiş, mənası təhrif edilmiş sitatlardan ibarət paylaşımlarına tez-tez rast gəlmək olur. Digər tərəfdən Əhli-beytin fəzilətlərinə dair əhli-sünnə hədislərini, yaxud öz əleyhlərinə olan hədisləri zəiflətmək ötrü 1-2 alimdən "filan ravi zəifdir", "filan ravi xəta edərdi" kimi sitatlar gətirib qəbul etmirlər. Onlara öz alimlərindən sitat gətirərək demək istəyirik ki, rical elmi ilə oynamayın, əks təqdirdə Peyğəmbərin (s) sünnəsindən əlinizdə heç nə qalmaz. Bu, böyük bir elm sahəsidir və hər yerindən duran özündən qaydalar tərtib edə bilməz. Birini bilirsiz, beşini bilmirsiz. "Əgər bilmirsinizsə, zikr əhlindən soruşun!. (Ənbiya, 7)
17 Sentyabr, 2016  21:30 Baxılıb: 871 Çap

Bu bölmədə