Əli ibn əl-Cəd: "Allahın Müaviyəyə əzab verməsindən narahat olmaram."

Böyük əhli-sünnə tarixçisi, hədis və rical alimi Şəmsuddin əz-Zəhəbi yazır:

علي بن الجعد بن عبيد البغدادي الإمام ، الحافظ ، الحجة ، مسند بغداد ، أبو الحسن البغدادي

Əli ibn əl-Cəd ibn Übeyd əl-Bağdadi; imam, hafiz, höccət, Bağdadın müsnidi, Əbul-Həsən əl-Bağdadi.

Növbəti səhifədə yazır:

قال أحمد بن إبراهيم الدورقي : قلت لعلي بن الجعد : بلغني أنك قلت : ابن عمر ذاك الصبي قال : لم أقل ، ولكن معاوية ما أكرَه أن يعذّبه اللهُ

Əhməd ibn İbrahim əd-Dəvrəqi deyir: Əli ibn əl-Cədə dedim: “Mənə sənin “İbn Ömər – o uşaq...”,- deyə bir ifadə işlətdiyin gəlib çatıb. Əli dedi: “Belə bir söz deməmişəm. Amma Müaviyə barəsində (pis söz deyərəm)... Allahın ona əzab verməsindən narahat olmaram1”.

_________________________

1 Yəni, Allahın ona əzab verməsini istəyirəm. (Tərc.)

 

 

 

 

 

 

Fotoşəkil: Şəmsuddin əz-Zəhəbi, Siyəru-əlamin-nübəla, 2-ci cüz, s.2748-49-cu səhifələr; "Beytül-əfkarid-dəvliyyə", ər-Riyad, Səudiyyə Ərəbistanı; təhqiq: Həssan Əbdül-Mənnan

Zəhəbinin həmin kitabının 1996-cı il Beyrut çapında isə ünvan cild 10, səhifə 460-dır.

Bu şəxs Müaviyəni açıq şəkildə tənqid edənlərdən, hətta bir rəvayətə görə kafir olaraq öldüyünü deyənlərdəndir. Buxari, Əbu Davud, Yahya bin Məin və digərləri ondan hədis rəvayət etmişlər.

19 Mart, 2016  01:48 Baxılıb: 913 Çap

Bu bölmədə