Şeyx Əlbani etiraf edir ki, Aişə və ardıcılları Hz.Əliyə (ə.s) düşmənçilik bəsləmişlər.

Əlbani “Silsilətül-əhadisis-səhihə” kitabında “Həvab itləri” əhvalatının səhihliyindən danışarkən bu əhvalatı nəql edən Qeys ibn Əbu Hazim barədə belə deyir:

شيخه قيس بن أبي حازم وهو مثله في الثقة والضبط، غير أنه قيل: إنه كان يحمل على علي رضي الله عنه. فهو إذن من شيعة عائشة رضي الله عنها، فلا يعقل أن يروي عنها ما لا أصل له مما فيه ارضاء لمن أشار إليهم الأستاذ!

“Həmçinin İsmayıl ibn Əbu Xalidin şeyxi olan Qeys ibn Əbu Hazim də İsmayıl kimi siqə və (hədis nəqlində) dəqiq şəxsdir. Lakin onun barəsində Əliyə qarşı düşmənçilik bəslədiyi deyilmişdir. Deməli o, Aişənin ardıcıllarındandır. Elə isə, onun kimlərisə (söhbət şiələrdən gedir – red.) razı salmaqdan ötrü əsli və həqiqəti olmayan bir şeyi Aişədən nəql etməsi düşünülə bilməz!”

 

 

 

 

 

 

Fotoşəkil: Nasiruddin əl-Əlbani, “Silsilətül-əhadisis-səhihə”, c.1, səh.852; “Məktəbətül-məarif”, ər-Riyad, 1415/1995

Əlbaninin sözündən belə başa düşülür ki, Aişə və ardıcılları Əliyə (əleyhissəlam) kin, nifrət və düşmənçilik bəsləyən şəxslər olmuşlar. Elə isə görəsən Əliyə düşmənçilik edən nasibilərin hökmü nədir?

15 Mart, 2016  01:19 Baxılıb: 1318 Çap