Naməhrəmlər arasına daxil olub onlarla oynayan subay səhabə: Cüleybib (əs-Səhih min əhadisis-sirətin-nəbəviyyə)

Sələfi alimi Muhəmməd əs-Səvyani yazır:

حدثنا عفان، حدثنا حماد بن سلمة، عن ثابت عن كنانة بن نعيم عن أبي برزة الأسلمى: أن جليبيبا كان امرأ يدخل على النساء، يمر بهن ويلاعبهن، فقلت لامرأتي: لا يدخلن عليكم جليبيب، فإنه إن دخل عليكم لأفعلن ولأفعلن

Bizə Əhməd ibn Abdullah əl-Salihi xəbər verib dedi: bizə Əbu Ömər Bəkr ibn Muhəmməd əl-Muzəni xəbər verib dedi: bizə Əbu Bəkr Muhəmməd ibn Abdullah əl-Həfid xəbər verib dedi: bizə Əbu Əli əl-Hüseyn ibn əl-Fədl əl-Bəcli xəbər verib dedi: bizə Əffan xəbər verib dedi: Həmmad bizə Sabitdən, o da Kinanə ibn Nueym əl-Ədəvidən, o da Əbi Bərzə əl-Əsləmidən rəvayət edərək dedi:

“Cüleybib qadınların arasına daxil olan (onların məclislərinə və ya oturduqları yerlərə girən); onların arasından keçib onlarla oynayan bir şəxs idi. Mən öz xanımıma dedim: “Cüleybib sizin yanınıza gəlməsin, əgər gəlsə, mən belə-belə edəcəyəm.”

Muhəmməd əs-Səvyani hədis barədə deyir:

سنده صحيح

Sənədi səhihdir.

 

 

 

 

 

 

Fotoşəkil: Muhəmməd əs-Səvyani, "əs-Səhih min əhadisis-sirətin-nəbəviyyə", səh.302-303; “Mədarul-vətən”, ər-Riyad, 1432/2011

15 Fevral, 2016  02:12 Baxılıb: 765 Çap

Bu bölmədə