Əbu Bəkrin Uhud müharibəsində döyüşdən qaçması (İbn Əbil-Hədid)

İbn Əbil-Hədid əl-Hənəfi əl-Mötəzili özünün “Şərhu-nəhcil-bəlağə” kitabının 13-cü cildində belə demişdir:

وينبغي أن نذكر في هذا الموضع ملخص ما ذكره الشيخ أبو عثمان الجاحظ في كتابه المعروف بكتاب العثمانية في تفضيل اسلام أبى بكر على اسلام علي عليه السلام، لان هذا الموضع يقتضيه...

ثم نذكر ما اعترض به شيخنا أبو جعفر الإسكافي على الجاحظ في كتابه المعروف ب‍ " نقض العثمانية "، ويتشعب الكلام بينهما حتى يخرج عن البحث في الإسلامين إلى البحث في أفضلية الرجلين وخصائصهما، فان ذلك لا يخلو عن فائدة جليلة، ونكتة لطيفة، لا يليق أن يخلو كتابنا هذا عنها...


Gərək bu yerdə Şeyx Əbu Osman əl-Cahizin özünün “Kitabul-usmaniyyə” kimi məşhur olan kitabında Əbu Bəkrin islamının (İslamı qəbul etməsinin) Əlinin (əleyhis-səlam) islamından (İslamı qəbul etməsindən) daha üstün olması ilə bağlı qeyd etdiyi sözlərin xülasəsini qeyd edək. Çünki bu yerdə bunu qeyd etmək lazım gəlir...

Sonra bizim şeyximiz Əbu Cəfər əl-İskafinin “Naqdul-usmaniyyə” kimi məşhur olan kitabında Cahizə verdiyi cavabları qeyd edəcəyik. Onların arasında söz şaxələnmiş və iki şəxsin islamının müqayisəsindən çıxıb iki şəxsin hansı birinin daha üstün olması bəhsinə, onların xüsusiyyətləri bəhsinə daxil olmuşdur. Bu qeyd olunacaq şeylər böyük faydaya, incə məqamlara sahibdir, bizim bu kitabımızın bu məqamlardan xali olması layiq deyildir...

 

 

 

 

 

 

 

Fotoşəkil: İbn Əbil-Hədid, Şərhu-nəhcil-bəlağə, 7-ci cild (bu cilddə kitabın 13 və 14-cü cildləri yer almışdır), səh.141.

Sonra İbn Əbil-Hədid Cahizin sözlərini və Əbu Cəfər əl-İskafinin ona cavablarını qeyd etmişdir.

قال شيخنا أبو جعفر رحمه الله ...ألم يعلم أبو عثمان أن رسول الله صلى الله عليه وآله كان أشجع البشر، وانه خاض الحروب، وثبت في المواقف التي طاشت فيها الألباب، وبلغت القلوب الحناجر، فمنها يوم أحد، ووقوفه بعد أن فر المسلمون بأجمعهم، ولم يبق معه الا أربعة على والزبير، وطلحة، وأبو دجانة، فقاتل ورمى بالنبل حتى فنيت نبله , وانكسرت سية قوسه , وانقطع وتره...


Şeyximiz Əbu Cəfər əl-İskafi – Allah ona rəhmət etsin – demişdir: ...Əbu Osman bilmir ki, Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) bəşərin ən şücaətlisi idi; bilmir ki, o Həzrət döyüşlərə dalmışdı, ağılların durduğu, ürəklərin ağızlara gəldiyi yerlədə o Həzrət sabitqədəm qalmışdı?! Belə yerlərdən biri Uhuddur. O Həzrət müsəlmanlar hamılıqla döyüşdən qaçdıqdan və onunla birgə yalnız dörd nəfər: Əli, Zübeyr, Təlhə və Əbu Ducanə qaldıqdan sonra (igidlik və şücaət göstərmişdir). Döyüşmüş, ox atmışdır, o qədər ox atmışdır ki, oxu tükənmiş, oxunun yayının başı sınmış, ipi qırılmışdır...

 

 

 

 

 

 

 

Fotoşəkil: İbn Əbil-Hədid, Şərhu-nəhcil-bəlağə, 7-ci cild (bu cilddə kitabın 13 və 14-cü cildləri yer almışdır), səh.185.

Deməli, istər Əbu Bəkr, istər Ömər, istərsə də Osman Uhud günü döyüşdən qaçmışlar.

İbn Əbil-Hədid ustadı Əbu Cəfər əl-İskafinin Cahizə verdiyi cavabları qeyd edərkən belə demişdir:

قال الجاحظ وقد ثبت أبو بكر مع النبي صلى الله عليه وآله يوم أحد، كما ثبت علي فلا فخر لأحدهما على صاحبه في ذلك اليوم.

قال شيخنا أبو جعفر رحمه الله اما ثباته يوم أحد فأكثر المؤرخين وأرباب السير ينكرونه، وجمهورهم يروى انه لم يبق مع النبي صلى الله عليه وآله الا على وطلحة والزبير، وأبو دجانة، وقد روى عن ابن عباس أنه قال ولهم خامس وهو عبد الله بن مسعود، ومنهم من أثبت سادسا، وهو المقداد بن عمرو، وروى يحيى بن سلمة بن كهيل قال قلت لأبي كم ثبت مع رسول الله صلى الله عليه وآله يوم أحد فقال اثنان، قلت من هما قال على وأبو دجانة.


Cahiz demişdir: Uhud günü Əbu Bəkr (döyüşdən qaçmayıb) Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) yanında qalmışdır, necə ki, Əli qalmışdır. Həmin gün (barədə) onlardan birinin digəri üzərində bir üstünlüyü yoxdur.

Şeyximiz Əbu Cəfər əl-İskafi – Allah ona rəhmət etsin – demişdir: Əbu Bəkrin Uhud günündə sabitqədəm qalmasına gəlincə, tarixçilərin və sirə əhlinin əksəriyyəti bunu inkar edirlər. Tarixçilərin və sirə əhlinin cümhuru belə nəql edirlər ki, Peyğəmbərlə (sallallahu əleyhi və alihi və səlləm) birgə yalnız Əli, Təlhə, Zübeyr və Əbu Dücanə qalmışdır. İbn Abbasdan belə dediyi nəql olunmuşdur ki, onlarla birgə beşinci bir şəxs də olmuşdur, o da Abdullah ibn Məsuddur. Bəziləri də altıncı bir şəxsin olduğunu demişlər ki, o da Miqdad ibn Əmrdir.

Yəhya ibn Sələmə ibn Kuheyl nəql edib dedi: “Atama dedim: “Uhud günü Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) yanında neçə nəfər qalmışdır?” Dedi: “İki nəfər”. Dedim: “Kimlərdir onlar?” Dedi: “Əli və Əbu Dücanə”...

 

 

 

 

 

 

 

Fotoşəkil: İbn Əbil-Hədid, Şərhu-nəhcil-bəlağə, 7-ci cild (bu cilddə kitabın 13 və 14-cü cildləri yer almışdır), səh.195.

6 İyul, 2015  06:23 Baxılıb: 2543 Çap