Allah Rəsulu (s.ə.a): "Dəstəmazda ayaqların çıxıntı olan hissəsinə qədər məsh çəkilməlidir." (Sünən İbn Macə)

“Sünəni-İbn Macə” kitabının səhih hədislərinin toplandığı “Səhihi-sünəni-İbn Macə” kitabında belə nəql edilmişdir:

عن رفاعة بن رافع أنه كان جالسا عند النبي صلى الله عليه و سلم فقال إنها لا تتم صلاة لأحد حتى يسبغ الوضوء كما أمره الله تعالى يغسل وجهه ويديه إلى المرفقين ويمسح برأسه ورجليه إلى الكعبين * ( صحيح ) صحيح الترغيب 93 / 1 صحيح أبي داود 804

Rufaə ibn Rafe barəsində belə nəql olunur ki, Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) hüzurunda əyləşibmiş. Bu zaman Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) buyurub: “Bir kəs Allah-təalanın ona əmr etdiyi şəkildə dəstəmaz almadıqca onun namazı tamam olmaz. (Həmin dəstəmaz şəkli belədir: ) üzünü yumalıdır, sonra əllərini dirsəklərə qədər yumalıdır, sonra başına məsh çəkməlidir, sonra da ayaqlarına çıxıntı olan hissəyə qədər məsh çəkməlidir.”

(Səhihdir).

“Səhihut-tərğib”: c.1, səh.93, “Səhihi-Əbu Davud”: səh.804.

 

 

 

 

 

 

 

Fotoşəkil: Nasiruddin əl-Albani, Səhihi-sünəni-İbn Macə, c.1, səh.151.

5 İyul, 2015  04:43 Baxılıb: 1738 Çap