İmam Mehdinin (ə.f) doğulması barədə Xeyruddin əz-Ziriklinin sözləri

Xeyruddin əz-Zirikli müxaliflər yanında, xüsusən də vəhhabilər yanında müasir dövrün ən böyük ədiblərindən və tarixçilərindən hesab olunur. Əlbani onun barəsində demişdir:

...العلامة الزركلي – وهو من أعلم من عرفنا في العصر الحاضر بتراجم الأعلام قديماً وحديثاً...

Əllamə Zirikli: o, müasir dövrdə bizim tanıdığımız şəxslər içərisində keçmiş və sonrakı dövrün böyük şəxsiyyətlərin tərcümeyi-hallarına bələd olan ən bilikli şəxslərdəndir.

Silsilətul-əhadisid-daifə, c.12, səh.924.

Əlbaninin şahidliyinə əsasən tərcümeyi-hallara agah olan ən böyük şəxsiyyətlərdən biri olan Zirikli özünün “əl-Əlam” əsərində belə demişdir:

المهدي المنتظر

(256-275 هـ = 870-888 م)

محمد بن الحسن العسكري (الخالص) بن علي الهادي , أبو القاسم : آخر الإئمة الإثني عشر عند الإمامية . وهو المعروف عندهم بالمهدي , وصاحب الزمان , والمنتظر , والحجة , وصاحب السرداب . ولد في سامراء . ومات أبوه وله من العمر نحو خمس سنين.

əl-Məhdiyyul-Muntəzər (“Gözlənilən Məhdi”)

(256-275 h. = 870-888 m.)

Muhəmməd ibn əl-Həsən əl-Əskəri (əl-Xalis) ibn Əli əl-Hadi, Əbul-Qasim: İmamiyyə nəzərindəki 12 imamın sonuncusudur. O, onların yanında “Məhdi”, “Sahibəz-zəman”, “Müntəzər”, “Höccət” və “Sahibus-sərdab” kimi məşhurdur. Samirrada doğulmuşdur. Atası o təxminən beş yaşında olarkən vəfat etmişdir.”

 

 

 

 

 

 

 

Fotoşəkil: Xeyruddin əz-Zirikli, əl-Əlam: qamusu təracim, li-əşhərir-rical vən-nisa, minəl-arab vəl-mustaribin vəl-mustəşriqin, c.6, səh.80; Darul-ilm lil-malayin, Beyrut, 2002

14 İyun, 2015  01:09 Baxılıb: 533 Çap

Bu bölmədə