İmam Mehdinin (ə.f) doğulması barədə İbn Həcər əl-Heytəminin sözləri

İmam Höccət ibnil-Həsən (əleyhis-səlam)-ın dünyaya gəldiyini təsdiq edən əhli-sünnə alimlərindən biri də İbn Həcər əl-Heytəmidir. O özünün “əs-Səvaiqul-muhriqa” kitabında yazır:

وَيُقَال إِنَّه سم أَيْضا وَلم يخلف غير وَلَده:

أبي الْقَاسِم مُحَمَّد الْحجَّة وعمره عِنْد وَفَاة أَبِيه خمس سِنِين لَكِن آتَاهُ الله فِيهَا الْحِكْمَة وَيُسمى الْقَائِم المنتظر قيل لِأَنَّهُ ستر بِالْمَدِينَةِ وَغَابَ فَلم يعرف أَيْن ذهب وَمر فِي الْآيَة الثَّانِيَة عشرَة قَول الرافضة فِيهِ إنه الْمهْدي وأوردت ذَلِك مَبْسُوطا فَرَاجعه فَإِنَّهُ مُهِمّ.

...Deyilir ki, o da həmçinin zəhərlə ölmüşdür. Özündən sonra (övlad olaraq) yalnız oğlu: Əbul-Qasim Muhəmməd əl-Huccəti qoyub getmişdir. Atası vəfat edən zaman onun beş yaşı olmuşdur. Lakin, Allah ona bu yaşda hikmət əta etmişdir. O, “əl-Qaimul-Muntəzər” (gözlənilən qiyamçı) adlanır. Demişlər ki, ona görə (gözlənilən adlanır) ki, Mədinədə gizlənmiş və qeybə çəkilmişdir. Hara getdiyi bilinməmişdir. On ikinci ayədə rafizilərin onu Məhdi hesab etmələri qeyd olundu. Mən bu barədə geniş danışdım. Oraya müraciət et, çünki mühüm məsələdir.

 

 

 

 

 

 

 

Fotoşəkil: İbn Həcər əl-Heytəmi, əs-Səvaiqul-muhriqa, səh.290, “Hakikat” kitab evi, İstanbul, Türkiyə, 2003.

 

 

 

 

 

 

 

Fotoşəkil: İbn Həcər əl-Heytəmi, əs-Səvaiqul-muhriqa, səh.208, əl-Məktəbətul-Qahirə, Misir; təhqiq: Əbdül-Vəhhab əl-Lətif

İbn Həcərin qeyd etdiyi bölməyə (səh.233-236) müraciət etdikdə isə onun İmam Höccət (əleyhis-səlam)-ın imamətinə irad tutduğunun şahidi oluruq. Bu iradların cavabı isə öz yerində lazımı şəkildə və artıqlamasıyla verilmişdir.
13 İyun, 2015  18:07 Baxılıb: 830 Çap

Bu bölmədə