İmam Mehdinin (ə.f) doğulması barədə Əbdül-Məlik əl-Asiminin sözləri

Şafei alimi Əbdül-Məlik əl-Asimi əl-Məkki özünün “Samtun-nucumil-avali” kitabında İmam Həsən əl-Əskəri (əleyhis-səlam) barədə danışarkən demişdir:

كنيته أَبُو مُحَمَّد...

مَاتَ فِي أَوَائِل خلَافَة الْمُعْتَمد مسموماً فِي يَوْم الْجُمُعَة لثمان خلون من شهر ربيع الأول سنة سِتِّينَ وَمِائَتَيْنِ ب سر من رأى وَدفن عِنْد قبر أَبِيه الْهَادِي خلف وَلَده مُحَمَّدًا أوحده.

Künyəsi: Əbu Muhəmməd (Muhəmmədin atası)...

Mötəmidin xilafətinin əvvəllərində, 260-cı ilin rəbiul-əvvəl ayının 22-də, cümə günündə Samirrada zəhər verilərək dünyadan köçmüşdür. Atası Hadinin qəbrinin yanında dəfn edilmişdir. Övlad olaraq geriyə yalnız oğlu Muhəmmədi qoymuşdur.

مَاتَ فِي أَوَائِل خلَافَة الْمُعْتَمد مسموماً فِي يَوْم الْجُمُعَة لثمان خلون من شهر ربيع الأول سنة سِتِّينَ وَمِائَتَيْنِ ب سر من رأى وَدفن عِنْد قبر أَبِيه الْهَادِي خلف وَلَده مُحَمَّدًا أوحده.

وَهُوَ الإِمَام مُحَمَّد الْمهْدي بن الْحسن العسكري بن عَليّ التقي بن مُحَمَّد الْجواد ابْن على الرِّضَا بن مُوسَى الكاظم بن جَعْفَر الصَّادِق بن مُحَمَّد الباقر بن عَليّ زين العابدين بن الْحُسَيْن بن عَليّ بن أبي طَالب رَضِي الله تَعَالَى عَنْهُم أَجْمَعِينَ ولد يَوْم الْجُمُعَة منتصف شعْبَان سنة خمس وَخمسين وَمِائَتَيْنِ وَقيل سنة سِتّ وَهُوَ الصَّحِيح.

أمه أم ولد اسْمهَا أصقيل وَقيل سوسن وَقيل نرجس.

كنيته أَبُو الْقَاسِم.

ألقابه الْحجَّة وَالْخلف الصَّالح والقائم والمنتظر وَصَاحب الزَّمَان وَالْمهْدِي وَهُوَ أشهرها.

صفته شَاب مَرْبُوع الْقَامَة حسن الْوَجْه وَالشعر أقنى الْأنف أجلى الْجَبْهَة وَلما توفّي أَبوهُ كَانَ عمره خمس سِنِين وشيعته يَقُولُونَ إِنَّه دخل السرداب سنة خمس وَسبعين وَمِائَتَيْنِ

O, İmam Muhəmməd əl-Məhdi ibn əl-Həsən əl-Əskəri ibn Əli ət-Təqi ibn Muhəmməd əl-Cavad ibn Əli ər-Riza ibn Musa əl-Kazim ibn Cəfər əs-Sadiq ibn Muhəmməd əl-Baqir ibn Əli Zeynil-abidin ibn əl-Hüseyn ibn Əli ibn Əbi Talibdir. Allah-təala onların hamısından razı olsun.

O, 255-ci ilin şəban ayının 15-də, cümə günü dünyaya gəlmişdir. Həmçinin demişlər ki, 256-cı ildə dünyaya gəlmişdir. Doğru olan budur.

Anası Ümmü-vələddir. Adı Əsqildir, həmçinin demişlər ki, Süsəndir. Həmçinin demişlər ki, Nərcisdir.

Künyəsi: Əbul-Qasim.

Ləqəbləri: Höccət, saleh xələf, Qaim, Müntəzər, Sahibəz-zəman və Məhdi. Məhdi bu ləqəblərin ən məşhurudur.

Görünüşü: orta boylu gənc olmuşdur, gözəl üzlü və gözəl saçlı olmuş, burnu ensiz və ortası azacıq çıxıntılı olmuş, alnı açıq olmuşdur...

Atası vəfat etdiyi zaman onun beş yaşı olmuşdur. Şiələr deyirlər ki, o 275-ci ildə sərdaba girmişdir...

 

 

 

 

 

 

 

Fotoşəkil: Əbdül-Məlik əl-Asimi əl-Məkki, Samtun-nucumil-avali fi ənbail-əvaili vət-təvali, c.4, səh.149-150; “Darul-kutubil-ilmiyyə”, Beyrut, Livan, 1419/1998; təhqiq: Şeyx Adil Əhməd Əbdül-Məvcud və Şeyx Əli Muhəmməd Muavvad

9 İyun, 2015  01:59 Baxılıb: 795 Çap

Bu bölmədə