İmam Mehdinin (ə.f) doğulması barədə Muhəmməd ibn Tulunun sözləri

Məşhur tarixçi Şəmsəddin Muhəmməd ibn Tulun özünün “Şuzuruz-zəhəbiyyə fi təracimil-əimmətil-isna aşar indəl-imamiyyə” kitabında demişdir:1

وثاني عشرهم ابنه محمد بن الحسن. وهو أبو القاسم محمد بن الحسن ابن عليّ الهادي بن محمد الجواد بن عليّ الرضا بن موسى الكاظم بن جعفر الصادق بن محمد الباقر بن عليّ زين العابدين بن الحسين بن عليّ بن أبي طالب ، رضي الله عنهم.

ثاني عشر الأئمة الاثني عشر ، على اعتقاد الإمامية ، المعروف بالحجّة.

...كانت ولادته ، رضي‌الله‌عنه ، يوم الجمعة منتصف شعبان سنة خمس وخمسين ومائتين. ولما توفي أبوه المتقدّم ذكره ، رضي الله عنهما ، كان عمره خمس سنين.

...وذكر ابن الأزرق في « تاريخ ميّافارقين » : أنّ الحجّة المذكور ولد تاسع ربيع الآخر سنة ثمان وخمسين ومائتين ، وقيل في ثامن شعبان سنة ستّ وخمسين ، وهو الأصحّ.


(İmamların) on ikinciləri onun (İmam Əskərinin (əleyhis-səlam)) oğlu Muhəmməd ibn əl-Həsəndir. O, Əbul-Qasim Muhəmməd ibn Həsən ibn Əli əl-Hadi ibn Muhəmməd əl-Cavad ibn Əli ər-Riza ibn Musa əl-Kazim ibn Cəfər əs-Sadiq ibn Muhəmməd əl-Baqir ibn Əli Zeynil-abidin ibn Hüseyn ibn Əli ibn Əbi Talibdir. Allah onlardan razı olsun.

O, imamiyyə məzhəbinin etiqadına əsasən on iki imamın on ikincisidir. “Höccət” adı ilə tanınır...

O – Allah ondan razı olsun – 255-ci ilin şəban ayının 15-də, cümə günündə dünyaya gəlmişdir. Az əvvəl zikr olunan atası vəfat etdikdə – Allah onların hər ikisindən razı olsun – onun beş yaşı olmuşdur...

İbn əl-Əzrəq “Tarixul-məyyafariqin” əsərində demişdir ki: “Adı çəkilən Höccət 258-ci ilin rəbiul-axir ayının  9-da dünyaya gəlmişdir. Həmçinin demişlər ki, 256-cı ilin şəban ayının 8-də dünyaya gəlmişdir. Ən doğru olanı budur.

 

 

 

 

 

 

 

Fotoşəkil: İbn Tulun, Şuzuruz-zəhəbiyyə fi təracimil-əimmətil-isna aşar indəl-imamiyyə, səh.117; “Şərif Rəzi nəşriyyatı”, Qum.

___________________________________________

1 Qeyd edək ki, kitab doktor Səlahəddin əl-Munəccidin təhqiqi ilə Qum şəhərində “əl-Əimmətul-isna aşar” adı ilə çap edilmişdir. Doktor Səlahəddin əl-Münəccid İbn Əsakirin “Tarix” kitabının 1-ci cildini, habelə İbn Teymiyyənin “əl-Əmr bil-məruf vən-nəhy anil-munkər” kitabını, eləcə də digər başqa kitabları təhqiq etmişdir. Onun qələmə aldığı və təhqiq etdiyi kitabların sayı 150-yə çatır. Onu “ərəbcə əlyazmaların atası” da adlandırılar. (Red.).

9 İyun, 2015  01:25 Baxılıb: 626 Çap

Bu bölmədə