İmam Mehdinin (ə.f) doğulması barədə əz-Zəhəbinin sözləri

Zəhəbi özünün “Tarixul-islam” kitabında İmam Həsən Əskəri (əleyhis-səlam)-ın tərcümeyi-halını qeyd edərkən demişdir:

159- الحسن بن علي بن محمد بن علي الرضا بن موسى بن جعفر الصادق ، أبو محمد الهاشمي الحسيني أحد أئمة الشيعة الذين تدعي الشيعة عصمتهم ، ويقال له : الحسن العسكري لكونه سكن سامراء ، فإنها يقال لها : العسكر ، وهو والد منتظر الرافضة ...

وأما إبنه محمد بن الحسن الذي يدعوه الرافضة القائم الخلف الحجة ، فولد سنة ثمان وخمسين ، وقيل : سنة ست وخمسين ، عاش بعد أبيه سنتين ثم عدم ، ولم يعلم كيف مات ، وأمه أم ولد  ، وهم يدعون بقاءه في السرداب من أربعمائة وخمسين سنة ، وأنه صاحب الزمان ، وأنه حي يعلم علم الأولين والآخرين ، ويعترفون أن أحد لم يره أبداً ، فنسأل الله أن يثبت علينا عقولنا وإيماننا.


159 - Həsən ibn Əli ibn Muhəmməd ibn Əli ər-Rida ibn Musa ibn Cəfər əs-Sadiq. Əbu Muhəmməd əl-Haşimi əl-Hüseyni. Şiələrin məsum olduqlarını iddia etdikləri imamlardan biridir. Samirrada məskunlaşdığı üçün ona Həsən “əl-Əskəri” deyilir. Çünki, Samirraya “əl-Əskər” deyirdilər. O, şiələrin “müntəzər” adlandırdıqları şəxsin (və ya: şiələrin gözlədikləri şəxsin) atasıdır...

Onun oğlu rafizilərin “qaim”, “xələf” və “höccət” adlandırdıqları Muhəmməd ibn Həsənə gəlincə, o, 258-ci ildə dünyaya gəlmişdir. Həmçinin demişlər ki, 256-cı ildə dünyaya gəlmişdir. Atasından sonra iki il yaşamışdır, sonra isə yoxa çıxmışdır. Necə öldüyü bilinməmişdir. Onun anası Ümmü-vələddir. Şiələr onun 450 ildir sərdabda qaldığını iddia edirlər. Onun zamanın sahibi (“sahibəz-zəman”) olduğunu, diri olduğunu, əvvəldəkilərin və axırdakıların elmlərini bildiyini deyirlər. Onlar etiraf edirlər ki, heç kəs onu görməmişdir. Allahdan ağıllarımızı və imanımızı sabit etməsiniz diləyirik.

 

 

 

 

 

 

 

Fotoşəkil: Şəmsuddin əz-Zəhəbi, Tarixul-islam, c.19, səh.113; Darul-Kitabil-Ərəbi, Beyrut, 1416/1996; təhqiq: Dr.Ömər Əbdüs-Səlam ət-Tədmuri

8 İyun, 2015  11:46 Baxılıb: 1041 Çap

Bu bölmədə