İmam Mehdinin (ə.f) doğulması barədə Muhəmməd əs-Səmərqəndinin sözləri

Sünni məzhəbli nəsəb alimi olan Əllamə Seyyid Muhəmməd ibn əl-Hüseyn əs-Səmərqəndi əl-Mədəni (vəf.996 h.) özünün “Tuhfətut-talib” kitabında demişdir:

أبو محمد الحسن الخالص

وهو الحسن العسكري... وكنيته: أبو محمد.


Əbu Muhəmməd əl-Həsən əl-Xalis:

O, Həsən əl-Əskəridir... Künyəsi Əbu Muhəmməddir (Muhəmmədin atası).

Daha sonra İmam Höccət ibnil-Həsən (əleyhis-səlam)-ın tərcümeyi-halını qeyd edərək demişdir:

الإمام محمد المهدي

وأما ولده محمّد المهدي بن الحسن العسكري بن علي الهادي بن محمّد الجواد بن علي الرضا بن موسى الكاظم بن جعفر الصادق بن محمّد الباقر بن علي زين العابدين بن الحسين بن علي بن أبي طالب، رضي الله عنهم ورحمة الله عليهم أجمعين، فهو الثاني عشر من الأئمّة. ولد يوم الجمعة منتصف شعبان، سنة خمس وخمسين ومائتين. وقيل: ولد تاسع عشر شهر ربيع الثاني، سنة ثمان وخمسين ومائتين. وقيل: ولد ثامن شعبان سنة ستّ وخمسين ومائتين، وهو الأصح. وكنيته: أبو القاسم. وألقابه: الحجّة، والخلف الصالح، والقائم، والمنتظر، وصاحب الزمان، وأشهرها المهدي. وصفته: شابّ، ربعة، حسن الوجه والشعر، أقنى الأنف، أجلى الجبهة. وكان عمره حين توفّي أبوه خمس سنين. والشيعة يقولون: إنه دخل السرداب في دار أبيه وأمه تنظر إليه , فلم يخرج , وذلك في سنة خمس وستين ومائتين , وعمره يومئذ تسع سنين , وقيل : كان عمره حين دخل السرداب أربع سنين , وقيل : خمس سنين , وقيل دخل السرداب سمة خمس وسبعين ومائتين , وعمره يومئذ سبع عشرة سنة.

 

İmam Muhəmməd əl-Məhdi.

Onun övladı Muhəmməd əl-Məhdi ibn əl-Həsən əl-Əskəri ibn Əli əl-Hadi ibn Muhəmməd əl-Cəvad ibn Əli ər-Rida ibn Musa əl-Kazim ibn Cəfər əs-Sadiq ibn Muhəmməd əl-Baqir ibn Əli Zeynil-abidin ibn Hüseyn ibn Əli ibn Əbi Talibə gəlincə, – Allah onlardan razı olsun, Allahın rəhməti olsun onların üzərinə – o, imamların on ikincisidir. 255-ci ilin şəban ayının 15-də cümə günündə dünyaya gəlmişdir. Həmçinin demişlər ki, 258-ci ilin rəbiul-əvvəl ayının 9-da dünyaya gəlmişdir. Həmçinin də demişlər ki, 256-cı ilin şəban ayının 8-də dünyaya gəlmişdir. Ən doğru olanı budur.

Künyəsi Əbul-Qasimdir. Ləqəbləri “höccət”, “məhdi”, “saleh xələf”, “qaim”, “müntəzər” və “sahibəz-zəman”dır. Bu ləqəblərin ən məşhuru “məhdi”dir. Zahiri görünüşü belədir: gəncdir, orta boyludur, gözəl üzlü və gözəl saçlıdır, burnu ensiz və ortası bir qədər çıxıntılıdır, alnı açıqdır.

Atası vəfat etdiyi zaman onun beş yaşı olmuşdur.

Şiələr deyirlər ki, o, anasının gözü qarşısında atasının evində sərdaba girmiş və bir daha oradan çıxmamışdır. Bu hadisə 265-ci ildə baş vermişdir. Həmin vaxt onun 9 yaşı olmuşdur. Həmçinin demişlər ki, sərdaba daxil olduğu vaxt onun 4 yaşı olmuşdur. Həmçinin demişlər ki, beş yaşı olmuşdur. Həmçinin də demişlər ki, o 275-ci ildə sərdaba daxil olmuşdur və bu zaman onun 17 yaşı olmuşdur.

 

 

 

 

 

 

 

Fotoşəkil: Əllamə Seyyid Muhəmməd ibn əl-Hüseyn əs-Səmərqəndi, Tuhfətut-talib bi mərifəti mən yəntəsibu ilə Abdilləh və Əbi Talib, səh.53-54; Dar əl-Muctəba, Mədinə, Səudiyyə Ərəbistanı, 1418/1998; təhqiq: əş-Şərif Ənəs əl-Kutubi əl-Həsəni

8 İyun, 2015  11:40 Baxılıb: 531 Çap

Bu bölmədə