Fəxrəddin ər-Razi: “Şiələr kamil insanı “məsum imam” və “sahibəz-zəman” adlandırarkən düz demişlər.”

Fəxrəddin ər-Razi ömrünün sonlarında yazdığı “əl-Mətalibul-aliyə” kitabında “kamil insan” barədə danışarkən deyir:

فعلى هذا قد ثبت أنه لا بد وأن يحصل في كل دور شخص واحد هو أفضلهم وأكملهم في القوة النظرية والعملية. ثم إن الصوفية يسمونه بقطب العالم لقد صدقوا فيه...


...Buna əsasən sübuta yetmişdir ki, hər bir dövrdə nəzəri və əməli qüvvədə insanların ən üstünü və ən kamili olan bir şəxs mövcud olmalıdır. Sufilər bu şəxsi “aləmin qütbü” adlandırırlar. Düz də adlandırırlar...

وجماعة [من] الشيعة الإمامية يسمونه بالإمام المعصوم. وقد يسمونه بصاحب الزمان. ويقولون : إنه غائب. ولقد صدقوا في الوصفين أيضاً. لأنه لما كان خالياً عن النقائص, التي هي حاصلة في غيره , كان معصوماً من تلك النقائص. وهو أيضا صاحب الزمان, لأنا بينا : أن ذلك الشخص هو المقصود بالذات في ذلك الزمان, وما سواه فالكل أتباعه. وهو أيضاً غائب عن الخلق لأن الخلق لا يعلمون أن ذلك الشخص هو أفضل أهل هذا الدور.


İmamiyyə şiələri[ndən bir] dəstəsi isə onu məsum imam adlandırırlar. Bəzən də sahibəz-zəman (zamanın sahibi) adlandırırlar və deyirlər ki, o, gizlindədir. Onlar da bu iki vəsfin hər ikisini düz demişlər. Çünki həmin şəxs başqalarında olan nöqsanlardan arınmış olduğu üçün həmin nöqsanlardan “məsum” (uzaq, qorunmuş) sayılır. O, həmçinin “zamanın sahibi”dir. Çünki biz qeyd etdik ki, bu zamanda xüsusilə nəzərdə tutulan şəxs məhz odur. Ondan qeyriləri isə hamılıqla ona tabe olan şəxslərdirlər. O, həmçinin insanlardan gizlindədir. Çünki, insanlar bilmirlər ki, bu zamanın ən üstün şəxsi məhz o şəxsdir.

 

 

 

 

 

 

 

Fotoşəkil: Fəxrəddin ər-Razi, əl-Mətalibul-aliyə min əl-ilmil-aliyə, c.8, səh.105-106; Darul-kutubil-ərəbi, Beyrut, 1407/1987 təhqiq: Əhməd Hicazi əs-Səqqa

 

4 İyun, 2015  00:20 Baxılıb: 1134 Çap