İmam Mehdinin (ə.f) doğulması barədə Səlahəddin əs-Safədinin sözləri

Səlahəddin əs-Safədi özünün “əl-Vafi bil-vafəyət” kitabında demişdir:

3 - (العسكري وَالِد الإِمَام المنتظر) الْحسن بن عَليّ بن مُحَمَّد بن عَليّ الرِّضَا بن مُوسَى بن جَعْفَر الصَّادِق بن مُحَمَّد ابْن عَليّ زين العابدين بن الْحُسَيْن بن عَليّ بن أبي طَالب رَضِي الله عَنْهُم أَبُو مُحَمَّد العسكري أحد أَئِمَّة الشِّيعَة الَّذين يدعونَ عصمتهم وَيُقَال لَهُ الْحسن العسكري لكَونه نزل سامر وَهُوَ وَالِد منتظر الرافضة

توفّي يَوْم الْجُمُعَة وَقيل يَوْم الْأَرْبَعَاء لثماني ليالٍ خلون من شهر ربيع الأول وَقيل جُمَادَى الأولى سنة سِتِّينَ وَمِائَتَيْنِ وَله تسع وَعِشْرُونَ سنة وَدفن إِلَى جَانب وَالِده وَأمه أمةٌ وَأما ابْنه مُحَمَّد الْحجَّة الْخلف الَّذِي تدعيه الرافضة فولد سنة ثَمَان وَخمسين وَقيل سِتّ وَخمسين عَاشَ بعد أَبِيه سنتَيْن وَمَات عدم وَلم يعلم كَيفَ مَاتَ وهم يدعونَ بَقَاءَهُ فِي السرداب من تِلْكَ الْمدَّة وَأَنه صَاحب الزَّمَان.


3 - Əl-İmam əl-Müntəzərin atası əl-Əskəri: Həsən ibn Əli ibn Muhəmməd ibn Əli ər-Rida ibn Musa ibn Cəfər əs-Sadiq ibn Muhəmməd ibn Əli Zeynəl-abidin ibn Hüseyn ibn Əli ibn Əbi Talib. Allah onlardan razı olsun.
Əbu Muhəmməd əl-Əskəri. Şiələrin məsum olduqlarını iddia etdikləri imamlarından biridir. Samirriaya yerləşdiyinə görə ona Həsən “əl-Əskəri” deyilir. O, rafizilərin Müntəzər dedikləri şəxsin atasıdır.

O, 260-cı ilin rəbiul-əvvəl ayının 22-ci gecəsində cümə günündə, həmçinin demişlər ki, çərşənbə günündə vəfat etmişdir. Həmin vaxt onun 29 yaşı olmuşdur. Atasının yanında dəfn edilmişdir. Anası isə kəniz olmuşdur. Onun oğlu Muhəmmədə gəlincə isə – hansı ki rafizilər onun əl-Huccət əl-Xələf olduğunu iddia edirlər –, o 258-ci ildə, həmçinin demişlər ki, 256-cı ildə dünyaya gəlmişdir. Atasından sonra iki il yaşamışdır. Ölmüşdür. Yoxa çıxmışdır. Onun necə öldüyü bilinməmişdir. Onlar (şiələr) həmin müddətdən sonra onun sərdabda qaldığı və onun “sahibəz-zəman” olduğunu iddia edirlər.

 

 

 

 

 

 

 

Fotoşəkil: Səlahəddin Əs-Safədi, əl-Vafi bil-vafəyət, c.12, səh.70; Daru ihyait-turasil-ərəbi, Beyrut, 1420/2000; təhqiq: Əhməd əl-Arnaut və Turki Mustafa

 

Qeyd: Göründüyü kimi əs-Safədi İmam Məhdi (əleyhis-səlam)-ın dünyaya gəlməsini təsdiq etmişdir. Bizə lazım olan da elə budur. Çünki İmam Sahibəz-zəman (əleyhis-səlam)-ın dünyaya gəlməsi qəti faktlarla sübuta yetmiş bir məsələdir, Sadəfi də bu faktları görməzdən gələ bilməyərək bu məsələni etiraf etmişdir. Lakin, heç bir əhli-sünnə alimi o Həzrətin (əleyhis-səlam) ölmüş olmasına bircə dəlil belə gətirə bilməz. Necə ki, eyni şeyi aşkar şəkildə Safədidə müşahidə edirik. Belə ki, Safədi o Həzrətin dünyaya gəldiyini təsdiq etsə də bu təsdiqin ardınca olduqca qəribə bir söz işlətmişdir. Belə ki, əvvəlcə iddia etmişdir ki, İmam (əleyhis-səlam) ölmüşdür. Sonra isə İmamın (əleyhis-səlam) yoxa çıxdığını bildirmişdir. Bunun ardınca da İmamın (əleyhis-səlam) necə öldüyünün bilinmədiyini demişdir!

Bu məqamda Safədidən soruşmaq lazım gəlir ki, əgər İmamın necə öldüyünü heç kəs bilmirsə o zaman haradan bildilər ki, İmam ölüb?! Əgər onun ölümünün necəliyi bilinmirsə, onun öldüyü necə bilinə bilər?!

Üstəlik Safədi iddia etmişdir ki, şiələr İmam Sahibəz-zəmanın (əleyhis-səlam) atasının ölümündən sonra sərdabda qaldığını deyirlər. Halbuki şiələr belə bir söz demirlər. Əgər Safədi İmamın öz atasının (əleyhis-səlam) ölümündən sonra az bir müddət sərdabda qaldığını nəzərdə tutubsa, o zaman bu məsələ müzakirə edilə bilər, yox əgər o gündən Safədinin zamanına qədər orada qaldığını nəzərdə tutubsa, o zaman bu, açıq-aşkar iftira və yalandır. Belə bir söz cavab verilməyə layiq olmayacaq qədər əsassız və batildir.

3 İyun, 2015  16:35 Baxılıb: 694 Çap

Bu bölmədə