Əbu Bəkrə beyət müsəlmanların icması ilə olmayıb (əl-Mavərdi)

Əl-Mavərdi “əl-Əhkamus-sultaniyyə” kitabında demişdir:

فصل: والإمامة تنعقد من وجهين: أحدهما: باختيار أهلِ العَقْدِ والحَلِّ الْإِمَامَةُ مِنْهُمْ عَلَى مَذَاهِبَ شَتَّى، فَقَالَتْ طَائِفَةٌ: لَا تَنْعَقِدُ إلَّا بِجُمْهُورِ أَهْلِ الْعَقْدِ وَالْحَلِّ مِنْ كُلِّ بَلَدٍ؛ لِيَكُونَ الرِّضَاءُ بِهِ عَامًّا وَالتَّسْلِيمُ لِإِمَامَتِهِ إجْمَاعًا، وَهَذَا مَذْهَبٌ مَدْفُوعٌ بِبَيْعَةِ أَبِي بَكْرٍ -رَضِيَ اللَّهُ عَنْهُ- عَلَى الْخِلَافَةِ بِاخْتِيَارِ مَنْ حَضَرَهَا وَلَمْ يَنْتَظِرْ بِبَيْعَتِهِ قُدُومَ غَائِبٍ عَنْهَا.

“Fəsil. İmamət iki yolla baş tutur. Birincisi: “əhlul-əqdi vəl-həll”in seçməsi yolu ilə . İkincisi: əvvəlki imamın əhd etməsi yolu ilə . İmamətin “əhlul-həlli vəl-əqd” yolu ilə baş tutmasına gəlincə, alimlər neçə nəfərin olması ilə imamətin baş tuta biləcəyi barədə ixtilaf etmişlər. Onlar (bu məsələdə) bir neçə görüşə bölünmüşlər. Bir dəstə demişdir ki, imamət yalnız bütün ölkələrdəki “əhlul-həlli vəl-əqd”in seçim etməsi yolu ilə baş tuta bilər. Ona görə ki, hamı (seçilən xəlifədən) razı qalsın və insanlar hamılıqla onun imamətini qəbul etsinlər. Bu görüş Əbu Bəkrə edilən beyət (səbəbilə) rədd olunmuş sayılır. Çünki, Əbu Bəkrə edilən beyət (Səqifədə) iştirak edən şəxslərin seçimi ilə olmuşdur. Həmin vaxt ona beyət edərkən orada olmayanların oraya gəlməsini gözləməmişlər...”

 

 

 

 

 

 

 

Fotoşəkil: əl-Mavərdi, əl-Əhkamus-sultaniyyə, səh.6; Məktəbətu Dar İbn Quteybə, Kuveyt, 1409/1989; təhqiq: Əhməd Mubarək əl-Bağdadi

Deməli, əl-Mavərdinin də təsdiqinə əsasən, Əbu Bəkrin beyəti bütün müsəlmanlar tərəfindən deyil, məhz bir dəstə şəxs tərəfindən həyata keçirilmişdir. Buna əsasən, “Əbu Bəkrin beyəti bütün müsəlmanların icması ilə baş tutmuşdur” deyən şəxslər öz əqidələrinə bir daha nəzər salmalıdırlar.

 

 

2 İyun, 2015  17:41 Baxılıb: 1239 Çap