Şəxsin zinadan dünyaya gəlmiş öz qızı ilə evlənməyi halaldır!!! (Qətər “Dəvət və İslami İrşad” İdarəsi)

Qətərin “Vəqflər və İslami İşlər Nazirliyi”nin tabeliyindəki “Dəvət və İslami İrşad” idarəsinin rəsmi saytı olan “İslamweb” saytında, 2013/11/20 tarixli, 228370 rəqəmli sualda bəzi alimlərin nəzərində kişinin zinadan dünyaya gələn qızı ilə evlənməsinin caiz olduğu bildirilmişdir. Saytda “zinadan doğulan öz qızı ilə evlənməyin hökmü” (حكم نكاح البنت من الزنا) başlığı altında gələn sualda deyilir:

هل حقًّا يجوز للأب أن ينكح ابنته من الزنا؟ ومن ثم فما يفعله بعض المبتدعة بالزواج من ابنته من الزنا صحيح؟


“Görəsən, həqiqətən atanın öz zinadan olan qızı ilə evlənməsi caizdirmi? Bəzi bidətçilər öz zinadan olan qızları ilə evlənirlər, bu düzgündür?”

Cavabda deyilir:

.....وذهب بعض العلماء إلى عدم التحريم؛ بناء على أنّ الزنا لا يثبت به النسب, فتكون أجنبية عنه، قال النووي - رحمه الله -: زَنَا بِامْرَأَةٍ، فَوَلَدَتْ بِنْتًا، يَجُوزُ لِلزَّانِي نِكَاحُ الْبِنْتِ، لَكِنْ يُكْرَهُ, وَقِيلَ: إِنْ تَيَقَّنَ أَنَّهَا مِنْ مَائِهِ، إِنْ تَصَوَّرَ تَيَقُّنَهُ، حَرُمَتْ عَلَيْهِ, وَقِيلَ: تَحْرُمُ مُطْلَقًا, وَالصَّحِيحُ: الْحِلُّ مُطْلَقًا.


“...Bəzi alimlər (kişinin zinadan dünyaya gələn qızının) ona haram olmadığını demişlər. Buna əsasən ki, zina ilə nəsəb sabit olmur və qız kişiyə yad olur. Nəvəvi – Allah ona rəhmət etsin – demişdir: Əgər kişi bir qadın ilə zina etsə və qadın bir qız dünyaya gətirsə, o zaman zina edən kişiyə həmin qızla evlənmək caiz olar, lakin, məkruh hesab edilir. Demişlər ki: əgər yəqin şəkildə bilsə ki, qız onun öz suyundandır, (yaxud) qəti şəkildə bildiyini düşünsə, qız o kişiyə haram olar. Həmçinin, demişlər ki: (belə bir qız) mütləq şəkildə (kişiyə) haramdır. Lakin, səhih olan (belə bir qızın) mütləq şəkildə (kişiyə) halal olmasıdır.”

 

 

 

 

 

 

 

Fotoşəkil: “İslamweb.net” saytı, 2013/11/20 tarixli, 228370 nömrəli sual (onlayn link)

Bəziləri Nəvəvinin öz kitabında gətirdiyi sözləri yozmağa çalışır. Ancaq buradan da göründüyü kimi, Nəvəvi şəxsin bir qadının başqa kişi ilə zinasından dünyaya gələn qız ilə evlənməsindən yox, şəxsin bir qadınla zina etməsi nəticəsində dünyaya gələn öz qız övladı ilə evlənməsinin hökmündən və bunun halallığından danışır.

 

P.S. Bu cür fətvaların sayta qoyulmasının məqsədi öz fiqhlərindən xəbəri olmayan, lakin bəzi məsələlərdə Cəfəri məzhəbinə irad tutan, tənə edən şəxslərə inşaAllah dərs olmasıdır.

31 Mart, 2015  10:13 Baxılıb: 1370 Çap

Bu bölmədə