Şəxsin zinadan dünyaya gəlmiş öz qızı ilə evlənməyi İmam Şafeiyə görə halaldır!!! (ən-Nəvəvi)

Əhli-sünnənin böyük alimlərindən biri, şafei məzhəbindən olan Əbu Zəkəriyya Muhyiddin Yəhya ibn Şərif ən-Nəvəvi “Səhih Müslim” kitabına yazdığı şərhdə deyir:

وقال مالك والشافعي وأبو ثور وغيرهم لا أثر لوطء الزنا ، بل للزاني أن يتزوج أم المزني بها وابنتها ، بل زاد الشافعي فجوز نكاح البنت المتولدة من مائه بالزنا


Malik, Şafei, Əbu Saur və başqaları demişlər ki, zina yaxınlığının (zina ilə edilən yaxınlığın) bir təsiri (qüvvəsi) yoxdur. Əksinə, zina edən şəxs zina etdiyi qadının anası və (başqa kişidən olan) qızı ilə evlənə bilər.
Hətta, Şafei daha da əlavə edərək kişinin zinasının suyundan dünyaya gələn qızı ilə evlənməyi (kişiyə) caiz bilmişdir.

 

 

 

 

 

 

 

Fotoşəkil: Muhyiddin ən-Nəvəvi, əl-Minhac fi şərhi Səhihi Müslim ibn əl-Həccac, səh.912; Beyt əl-Əfkar lid-Dəuliyyə, ər-Riyad, Səudiyyə Ərəbistanı

Kitabı yükləmək üçün: ÜNVAN

 

 

 

 

 

 

 

Fotoşəkil: Muhyiddin ən-Nəvəvi, əl-Minhac fi şərhi Səhihi Müslim ibn əl-Həccac, c.10, səh.58; Müəssisə Qurtubə, Misir, 1414/1994

Kitabı yükləmək üçün: ÜNVAN

Qeyd:

Bu məsələni inkar etməyə çalışan bəzi şəxslər iddia edir ki, söhbət İmam Şafei kişinin zina nəticəsində dünyaya gəlmiş öz qızı ilə evlənməsindən yox, kişinin zina etdiyi qadının başqa bir kişidən dünyaya gətirdiyi qız ilə evlənməsindən gedir. Ancaq burada açıq-aydın görünür ki, Muhyiddin ən-Nəvəvi əvvəlcə Şafeinin bu fikrini qeyd edir ki, zina edən şəxs zina etdiyi qadının anası və (başqa kişidən olan) qızı ilə evlənə bilər. Daha sonra isə xüsusən vurğulayır ki, İmam Şafei daha da irəli gedərək kişinin zina nəticəsində dünyaya gəlmiş öz qızı ilə evlənməsini də icazəli hesab edib. Bu sözlər inkarçılara heç bir qaçış yeri qoymur.

 

P.S. Bu cür fətvaların sayta qoyulmasının məqsədi öz fiqhlərindən xəbəri olmayan, lakin bəzi məsələlərdə Cəfəri məzhəbinə irad tutan, tənə edən şəxslərə inşaAllah dərs olmasıdır.

30 Mart, 2015  10:04 Baxılıb: 1433 Çap

Bu bölmədə