Şəxsin zinadan dünyaya gəlmiş öz qızı ilə evlənməyi barədə əl-Heytəminin fikri

Məşhur şafei alimi Şihabuddin Əhməd ibn Muhəmməd ibn Həcər əl-Heytəmi digər bir əhli-sünnə (şafei məzhəbi) alimi Nəvəvinin "Minhacut-talibin" kitabına şərhində yazır:

( قلت والمخلوقة من ) ماء ( زناه تحل له ) لأنها أجنبية عنه إذ لا يثبت لها توارث ولا غيره من أحكام النسب وقيل : تحرم إن أخبره نبيكعيسى وقت نزوله بأنها من مائه ويرد بأن الشارع قطع نسبتها عنه كما تقرر فلا نظر لكونها من ماء سفاحه نعم يكره له نكاحها للخلاف فيها


(Deyirəm: onun zinasın)ın suyun(dan yaranan qız ona halaldır), çünki, bu qız ona yaddır; belə ki, qız üçün irs və s. kimi nəsəb hökmləri sabit olmur. Demişlər ki, əgər İsa kimi bir peyğəmbər endiyi zaman həmin qızın o kişinin suyundan olduğunu xəbər versə, o zaman qız (o kişiyə haram) olar. Lakin, buna belə cavab verilər ki, (öz yerində) deyildiyi kimi, şəriət sahibi qızın kişiyə nisbətini (ona mənsub olmasını) kəsmişdir (rədd etmişdir), qızın kişinin zinasının suyundan əmələ gəlmiş olmasının bir önəmi yoxdur . Bəli, ixtilafdan çəkinmək üçün, kişinin o qızla evlənməsi məkruh sayılır.

______________________________________

1 Çünki, bu nəzəri inkar edənlər deyirlər ki, qız zinadan əmələ gəlmiş olsa belə, kişinin öz suyundan əmələ gəlmişdir. Odur ki, kişinin onunla evlənməsi düzgün deyildir. Lakin, şafeilər deyirlər ki, xeyr, bu məqamda suyun bir önəmi yoxdur. Müt.






 

 

 

 

Fotoşəkil: Şihabuddin Əhməd ibn Muhəmməd ibn Həcər əl-Heytəmi əl-Məkki, Tuhfətul-muhtac bi-şərhil-minhac, c.7, s.299; haşiyə: Əbdül-Həmid əş-Şirvani və Əhməd ibn Qasim əl-Əbadi

Kitabı yükləmək üçün: ÜNVAN

Başqa sözlə, bu iş öz-özlüyündə məkruh deyildir, lakin, digər məzhəblər bu məsələdə başqa cür fətva verdikləri üçün, belə bir məqamda ixtilaf yaranmasın deyə (çünki, məsələ bir qədər həssas məsələdir) evlənməkdə məkruhluq vardır. Deməli, məkruhluq işin özündə deyildir, iş öz-özlüyündə mübahdır; əgər insan ixtilaf yaranmayacaq bir yerdə yaşasa və bu işi etsə, heç bir məkruhluq olmayacaq.

P.S. Bu cür fətvaların sayta qoyulmasının məqsədi öz fiqhlərindən xəbəri olmayan, lakin bəzi məsələlərdə Cəfəri məzhəbinə irad tutan, tənə edən şəxslərə inşaAllah dərs olmasıdır.

28 Mart, 2015  00:54 Baxılıb: 1049 Çap

Bu bölmədə