Şəxsin zinadan dünyaya gəlmiş öz qızı ilə evlənməyi halaldır və ən səhih fikir də budur! (əd-Dəmiri)

Məşhur şafei alimi Muhəmməd ibn Musa ibn İsa əd-Dəmiri özünün “ən-Nəcmul-Vəhhac fi şərhil-Minhac” kitabında Nəvəvinin “deyirəm: kişinin zinadan əmələ gələn qızı ona halaldır” sözünü şərh edərək deyir:

قال: (قلت: والمخلوقة من زناه تحل له) هذا هو أصح الأوجه، وبه قال مالك؛ لأنه لم يثبت لها شيء من أحكام البنوة من الميراث ونحوه بالإجماع.


Deyir: “Deyirəm: kişinin zinadan əmələ gələn qızı ona halaldır”.
Ən səhih nəzər də məhz budur. Malik də bunu demişdir. Çünki, icma budur ki, zinadan əmələ gələn qız üçün miras və s. kimi yerlərdə qızlıq hökmlərindən heç bir şey sabit olmamışdır.

 

 

 

 

 

 

 

Fotoşəkil: Muhəmməd ibn Musa ibn İsa əd-Dəmiri, ən-Nəcmul-Vəhhac fi şərhil-Minhac, c.7, səh.153; Dar əl-Minhac, Ciddə, Səudiyyə Ərəbistanı, 1425/2004

Kitabı yükləmək üçün: ÜNVAN

Yəni, miras və s. kimi yerlərdə kişinin doğma qızına aid olan hökmlər zinadan əmələ gələn qıza şamil olmur. Bundan isə belə nəticə çıxır ki, zinadan əmələ gələn qız kişinin doğma qızı hökmündə deyildir və buna görə də onunla evlənmək olar.

Bunun ardınca 154-cü səhifədə Dəmiri digər nəzərləri də qeyd etmişdir, lakin, özünün də dediyi kimi, “ən səhih nəzər” məhz Nəvəvinin qeyd etdiyi bu nəzərdir.

P.S. Bu cür fətvaların sayta qoyulmasının məqsədi öz fiqhlərindən xəbəri olmayan, lakin bəzi məsələlərdə Cəfəri məzhəbinə irad tutan, tənə edən şəxslərə inşaAllah dərs olmasıdır.

27 Mart, 2015  17:35 Baxılıb: 1277 Çap

Bu bölmədə