Sələfi şeyxi Albani hənəfi fiqhini təhqir edir!

Nasiruddin əl-Albani, Zəkiyəddin əl-Munzirinin “Muxtəsəru Səhih Müslim” kitabına verdiyi təhqiqində 2060-cı hədisin haşiyəsində deyir :

هذا صريح في أن عيسى عليه السلام يحكم بشرعنا, ويقضي بالكتاب والسنة, لا بغيرهما من الإنجيل أو الفقه الحنفي ونحوه!

Bu hədis açıqca bildirir ki, İsa (əleyhis-səlam) bizim şəriətimizlə hökm verəcək. Kitab (Quran) və sünnə ilə qəzavət edəcək, daha kitab və sünnədən qeyri olan İncil, hənəfi fiqhi və s. bu kimi şeylərlə deyil!

 

 

 

 

 

 

 

Fotoşəkil: Zəkiyəddin əl-Munziri, Müxtəsər Səhih Müslim, səh.548; Məktəbə əl-İslamiyyə, Beyrut, 1407/1987; təhqiq: Nasiruddin əl-Albani

Bu sələfi (vəhabi) şeyxi Hənəfi fiqhini Quran və sünnədən uzaq hesab edir. Nəzərə alsaq ki, əhli-sünnə əqidəsinə mənsub insanların böyük əksəriyyəti hənəfi fiqhinə tabedir, bu şəxsin Quran və sünnədən uzaq hesab etdiyi müsəlmanların sayı insanı dəhşətə gətirir.

25 Yanvar, 2015  16:16 Baxılıb: 1556 Çap

Bu bölmədə