Əhli-sünnə alimlərinin fikrincə, İslamda azğınlıq edən ilk şəxs Müaviyə olmuşdur

Bəziləri İmam Əli ilə (əleyhis-səlam) müharibəyə qalxan şəxsləri müdafiə etməkdən ötrü tez-tez belə sözlər işlədirlər ki, o Həzrətlə döyüşən şəxslər müctəhid idilər və öz ictihadlarında xəta etmişdilər. Müctəhid olub ictihadlarında xəta etdiklərinə görə də günah yox, savab qazanmışlar. Lakin biz onlara elə öz alimlərinin dilindən cavab verərək deyirik:

“Şərh əl-Məqasid” kitabında Səduddin ət-Təftazani deyir:

وكذا ما ذهب إليه البعض من أن كلتا الطائفتين على الصواب بناء على تصويب كل مجتهد وذلك لأن الخلاف إنما هو فيما إذا كان كل منهما مجتهدا في الدين على الشرائط المذكورة والاجتهاد لا في كل من يتخيل شبهة واهية ويتأول تأويلا فاسدا ولهذا ذهب الأكثرون إلى أن أول من بغى في الإسلام معاوية

Habelə bəziləri “hər bir müctəhidin haqlı olması” nəzəriyyəsinə əsasən belə demişlər ki, hər iki tərəf haqlıdır. (Lakin, bu fikir yanlışdır). Çünki bu o zaman ola bilər ki, hər iki tərəf müctəhid olsun və ictihad üçün lazım olan şərtləri özlərində cəm etsin. Daha hər boş şübhə ilə xəyal edən və fasid təvil edən şəxs barəsində bu deyilməz. Buna görə də (alimlərin) əksəriyyəti belə demişdir ki, İslamda azğınlıq edən ilk şəxs Müaviyə olmuşdur.

 

 

 

 

 

 

 

Fotoşəkil: Səduddin ət-Təftazani, Şərh əl-məqasid fi ilm əl-kəlam, c.5, səh.309; Aləm əl-Kutub, Beyrut, 1419/1998; təhqiq: Salih Musa Şərif

24 Yanvar, 2015  00:42 Baxılıb: 1479 Çap

Bu bölmədə