Ey Allahın qulları! Bizə yolu göstərin!

 
 فصل فيما يقول من انفلتت دابته أو ضل الطريق 

وروى ابن السني في كتابه عن عبد الله بن مسعود رضي الله عنه عن رسول الله صلى الله عليه وسلم قال : { إذا انفلتت دابة أحدكم بأرض فلاة فليقل يا عباد الله احبسوا فإن لله في الأرض حاضرا سيحبسه } قال عبد الله بن إمامنا أحمد سمعت أبي يقول : حججت خمس حجج منها اثنتين راكبا وثلاثا ماشيا فجعلت أقول يا عباد الله دلونا على الطريق فلم أزل أقول ذلك حتى وقعت على الطريق ، أو كما قال أبي 

Fəsil: Heyvanı ürküb qaçan və ya yolda azan adam nə deməlidir?

İbn əs-Sunni öz kitabında Abdullah b. Məsuddan – Allah ondan razı olsun – Rəsulullahın – sallallahu aleyhi və səlləm – belə dediyini rəvayət etmişdir:
"Sizdən birinin heyvanı kimsəsiz bir çöldə ürküb qaçarsa belə desin: “Ey Allahın qulları! Onu mənim üçün tutun! Çünki, Allahın yer üzündə (bu iş üçün) hazır olan qulu vardır və onu tutar."
İmamımız Əhmədin oğlu Abdullah dedi: Atamı belə deyərkən eşitdim: "Beş dəfə Həccə getdim. İki dəfə miniklə, üç dəfə isə piyada. Və ya üç dəfə miniklə, iki dəfə piyada. Piyada getdiyim bir Həcc yolçuluğunda yolumu azdım. "Ey Allahın qulları! Bizə yolu göstərin!" deməyə başladım və yolu tapana qədər bunu deməyə davam etdim."

ibn Müflih əl-Məqdisi, əl-Ədəb əş-Şəriyyə vəl-Minəh əl-Məriyyə, c.1. s.429

Onlayn mənbə 1: islamweb













Fotoşəkil: Muhəmməd ibn Müflih Muhəmməd əl-Məqdisi, əl-Ədəb əş-Şəriyyə vəl-Minəh əl-Məriyyə, c.1, s.458-459; Muəssisət ər-Risalə - Beyrut, 1419/1999; təhqiq: Şueyb əl-Arnaut və Ömər əl-Qəyyam.

Kitabı yükləmək üçün: ÜNVAN



Davam edəcək...



7 Fevral, 2012  18:01 Baxılıb: 1805 Çap

Bu bölmədə