Allahın “qoxulamaq” sifəti!!!

İbn Baza sual verilir:

سؤال: هل يؤخذ من الحديث: ( أطيب عند الله من ريح المسك ) إثبات صفة الشم لله عز وجل؟

الجواب: ليس ببعيد.


Sual: “Allah yanında müşkün iyindən daha xoşdur” hədisindən Allah üçün “qoxulamaq” sifəti sabit etmək olar?

Cavab: Uzaq iş deyil.

Haşiyədə mühəqqiq Abdullah ibn Mani deyir:

“Deyirəm: Şeyximiz İbn Useymin “Şərh əl-Buxari” kitabında demişdir: Hədisdə bu mənaya açıq-aşkar işarə edilməmişdir. Allahın bu iyi dərk etməsi qoxulamaq yolu ilə deyil, elm yolu ilə də ola bilər. Buna görə də ehtiyat etmək lazımdır. Biz deyirik: əgər buna dəlalət edən bir dəlil olarsa, o zaman bəli (Allah barədə iy qoxulama sifəti isbat etmək olar), əks halda yox.”

 

 

 

 

 

 

 

Fotoşəkil: Məsail əl-İmam İbn Baz, səh.278, rəqəm 770; Dar İbn Həzm, Beyrut,  birinci çap, 1428/2007

Yəni, məsələ İbn Baza və İbn Useyminə görə öz-özlüyündə mümkündür. Hədisdən bunu başa düşmək olar və bunu Allah üçün sabit etmək olar. Lakin hədisdən həm də başqa məna başa düşülə bilər deyə İbn Baz qəti cavab vermir.

Bu o deməkdir ki, İbn Baza görə Allah barəsində zahiri iy qoxulama sifəti öz-özlüyündə mümkündür və bunu Allaha nisbət vermək caizdir, lakin qəti hökm vermək üçün buna dəlalət edən açıq-aşkar dəlil axtarmaq lazımdır.

Deyirik: əlbəttə, Allaha əl, ayaq, barmaq, yüyürmək, gülmək, hərəkət etmək, bir haldan başqa bir hala düşmək və s. kimi məxluqata xas sifətlər nisbət verən və Onu məxluqata bənzədən kəslər üçün Allaha zahiri şəkildə iy qoxulamaq sifəti nisbət vermək heç də çətin deyil. Əqidənin kökü batil olandan sonra ondan bu cür nadürüst meyvə əldə edilməsi təəccüblü görünməməlidir.

18 Yanvar, 2015  03:26 Baxılıb: 1441 Çap

Bu bölmədə