İbn Teymiyyə tövhid inancının əksəriyyətinin yəhudilərlə eyni olduğunu etiraf edir!

İbn Teymiyyə etiraf edir ki, Allahın sifətləri ilə bağlı Tövratda gələn məlumatların ümumu (yəni, çox böyük hissəsi) onların hədislərində gələnlərlə ilə uyğunluq təşkil edir. Biz də elə bunu deyirik. Sizin “tövhid”iniz, yəhudi əsillidir. Həqiqi İslam əhlinin tövhidi isə Muhəmmədidir.

ومن المعلوم لمن له عناية بالقران أن جمهور اليهود لا تقول: إن عزير ابن الله، وإنما قالت طائفة منهم، كما قد نقل أنه قاله فنحاص بن عازورا، أو هو وغيره.

وبالجملة إن قائلي ذلك من اليهود قليل، ولكن الخبر عن الجنس. كما قال: {الذين قال لهم الناس إن الناس قد جمعوا لكم} [آل عمران: 173] ، فالله سبحانه بين هذا الكفر الذي قاله بعضهم وعابه به، فلولا كان ما في التوراة من الصفات التي تقول النفاة إنها تشبيه وتجسيم، فإن فيها من ذلك ما تنكره النفاة وتسميه تشبيهاً وتجسيماً، بل فيه إثبات الجهة وتكلم الله بالصوت، وخلق آدم على صورته وأمثال هذه الأمور.

فإن كان هذا مما كذبته اليهود وبدلته، كان إنكار النبي صلى الله عليه وسلم لذلك وبيان ذلك أولى من ذكر ما هو دون ذلك، فكيف والمنصوص عنه موافق للمنصوص في التوراة؟ فإنك تجد عامة كما جاء به الكتاب والأحاديث في الصفات موافقاً مطابقاً لما ذكر في التوراة، وقد قلنا قبل ذلك إن هذا كله مما يمتنع في العادة توافق المخبرين به من غير مواطأة.

وموسى لم يواطئ محمداً، ومحمد لم يتعلم من أهل الكتاب. فدل ذلك على صدق الرسولين العظيمين، وصدق الكتابين الكريمين.

Qurana agahlığı olan şəxslərə bəllidir ki, bütün yəhudilər Üzeyrin Allahın oğlu olduğunu demirlər. Bunu onların içərisində müəyyən dəstə deyir. Necə ki, nəql edilmişdir ki, (bunu deyən şəxs) Fənhas ibn Azura və ya o və digər bir şəxs olmuşdur. Bir sözlə, yəhudilər içərisində buna etiqad edənlər azdırlar. Lakin ayə “cins” növündən deyilmişdir . Bu ayədə olduğu kimi: “O kəslər ki, insanlar onlara “insanlar siz(lə vuruşmaq üçün) bir araya gəliblər” demişdilər.” (Ali İmran, 173)

Allah onların bəzilərinin etiqad etdiyi bu küfrə görə onlara layiq olduqları (cəzanı) versin.

Əgər Tövratda olan və inkarçıların  onlar barədə “təşbih” və “təcsim” dedikləri sifətlər ─ belə ki, Tövratda bir sıra sifətlər vardır ki, inkarçılar onları inkar edilər, onları təşbih və təcsim adlandırırlar. Hətta Tövratda (Allah) üçün cəhət isbat edilmiş, Allahın səs ilə danışması, Adəmi Öz surətində yaratması və s. bu kimi işlər sabit edilmişdi ─ yəhudilərin uydurub qondardığı şeylər olsaydı, o zaman Peyğəmbərin bunu inkar etməsi və açıqlaması hər şeydən daha mühüm olardı! Halbuki (bu) necə mümkün bilər, birhalda ki Peyğəmbərdən gəlib çatanlar Tövratda gələnlərlə müvafiqdir! Sən kitab və hədislərin sifətlərlə bağlı qeyd etdikləri şeylərin böyük hissəsinin Tövratda gələnlərə müvafiq və uyğun olduğunu görə bilərsən! Biz daha öncə də dedik ki, adətən xəbər verən şəxslərin bir-birləri ilə sözbir olmadan belə şeylər barədə eyni sözü demələri mümkünsüzdür. Musa Muhəmmədlə görüşməmişdir, Muhəmməd də Əhli-Kitabdan öyrənməmişdir. Elə isə deməli bu iş hər iki böyük peyğəmbərin doğruluğuna və iki müqəddəs kitabın doğruluğuna dəlalət edir.

 

 

 

 

 

 

 

Fotoşəkil: İbn Teymiyyə əl-Hərrani, Daru Təaruz əl-qəl vən-nəql, c7, s.88-90; İmam Muhəmməd ibn Səud adına İslam Universiteti, Riyad, Səudiyyə Ərəbistanı, 1411/1991; təhqiq: Muhəmməd Raşid Salim

16 Yanvar, 2015  15:17 Baxılıb: 2352 Çap