Ey Allahın qulları, onu tutun!

 
باب ما يقول إذا انفلتتْ دابّته 

رَوَيْنا في كتاب ابن السني عن عبد الله بن مسعود رضي الله عنه عن رسول الله صلى الله عليه وسلم قال : إِذَا انْفَلَتَتْ دَابَّةُ أَحَدِكُمْ بِأَرْضٍ فَلاَةٍ فَلْيُنَادِ : يَا عِبَادَ اللهِ ، احْبِسُوا يَا عِبَادَ اللهِ احْبِسُوا : فَإِنَّ لِلَّهِ عز وجل فِي الأَرْضِ حَاصِرًا سيَحبِسه
قلت : حكى لي بعض شيوخنا الكبار في العلم أنه افلتتْ له دابة أظنّها بَغلة ، وكان يعرِف هذا الحديث ، فقاله ، فحبّسها الله عليهم في الحال ، وكنت أنا مرة مع جماعة ، فانفلتتْ منها بهيمة وعجَزوا عنها ، فقلته ، فوقفت في الحال بغير سبب سوى هذا الكلام

Heyvan ürküb qaçdığı zaman (Müsəlmanın) nə deyəcəyi babı:

(Şeyxlərimiz bizə nəql etdi:) İbn əs-Sunni, Abdullah b. Məsuddan Rəsulullahın – sallallahu aleyhi və səlləm – belə dediyini rəvayət etmişdir:
“Sizdən birinin heyvanı kimsəsiz bir çöldə ürküb qaçarsa belə desin: “Ey Allahın qulları onu tutun! Ey Allahın qulları onu tutun!”. Çünki, Əziz və Cəlil olan Allahın yer üzündə onu tutacaq qulu vardır və onu tutar”.

(İmam Nəvəvinin hədis barədə sözləri:) 
Deyirəm: Elmdə dərinləşmiş şeyxlərimizdən biri (Muhəmməd bin Əbil Yəsər) mənə belə bir hadisə danışdı: “Onun bir heyvanı ürküb qaçmışdı. Bu heyvanın qatır olduğunu zənn edirəm. O Şeyx bu hədisi bilirmiş və söyləyib. Allah onların heyvanını dərhal durdurub.”
Mən (Nəvəvi) bir dəfə bir qrup adamla bərabər idim və onların heyvanı ürküb qaçdı, tuta bilmədilər. Mən hədisdəki sözləri söylədim və heyvan bu sözlərdən başqa bir səbəb olmadan durdu.”

Muhyiddin ən-Nəvəvi, əl-Əzkar min kəlam seyyid əl-əbrar, s.223-224, №632

Onlayn mənbə 3: shamela, 1/223-224, №632


Qeyd: Aşağıda əziz oxucularımızın diqqətinə "əl-Əzkar" kitabının iki müxtəlif nəşrinin fotonüsxəsini çatdırırıq. Hər iki nəşrdə sözügedən hədis mühəqqiq (birincidə - Mərkəz əd-dirasə vəl-buhus bi-məktəbəti Nizar Mustafa əl-Baz, ikincidə - Əbdül-Qadir əl-Arnaur) tərəfindən zəif hesab edilmişdir. 

Tutaq ki, hədisin sənədində zəif ravi var və hədis sənəd cəhətdən zəifdir. Ey insaf əhli, axı ən-Nəvəvi özü deyir ki, hədisdəki sözləri söylədim və heyvan heç bir səbəb olmadan dayandı. ən-Nəvəvi şirk etdi? Yoxsa, şirk əməl fayda verdi və heyvan dayandı? Axı Allah-Taala Quranda şirkin faydasızlığını dəfələrlə qeyd edir!













Fotoşəkil: Muhyiddin ən-Nəvəvi, əl-Əzkar min kəlam seyyid əl-əbrar, s.256; Məktəbəti Nizar Mustafa əl-Baz - Məkkə - Riyad - 1997; təhqiq: Mərkəz əd-dirasə vəl-buhus bi-məktəbəti Nizar Mustafa əl-Baz

Kitabı yükləmək üçün: ÜNVAN















Fotoşəkil: Muhyiddin ən-Nəvəvi, əl-Əzkar min kəlam seyyid əl-əbrar, s.191-192, Mətbəə əl-məlla - Diməşq - 1391/1971; təhqiq: Əbdül-Qadir əl-Arnaut

Kitabı yükləmək üçün: ÜNVAN
7 Fevral, 2012  01:42 Baxılıb: 2007 Çap

Bu bölmədə