Allah bu dini facir şəxslə də gücləndirər!

Əhli-xilaf nümayəndələri deyir ki, bir çox səhabə, o cümlədən Əbu Bəkr, Ömər və Osman Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) ilə birlikdə İslamı müdafiə etmişlər, mallarını, canlarını İslam yolunda qoymuşlar, İslam onların vasitəsilə dünyaya yayılmışdır. Elə isə necə ola bilər ki, bu şəxslər sonradan ona xəyanət etsinlər? Onlar İslama kömək etdikləri üçün deməli böyük şəxslərdirlər. Biz bu və ya digər sözləri onlardan tez-tez eşidirik. Gəlin bu məsələnin nə dərəcə doğru olub-olmadığını bilmək üçün "Səhih əl-Buxari" kitabına müraciət edək və görək ki, doğrudan da öz-özlüyündə İslama yardım etmək bir şəxsə “müqəddəslik” qazandırırmı, yoxsa məsələ deyiləndən tam fərqli şəkildədir?

“Səhih əl-Buxari kitabına keçməzdən öncə bu ayəyə diqqət edək:

كَلَّا إِنَّ كِتَابَ الْفُجَّارِ لَفِي سِجِّينٍ

“Xeyr! Həqiqətən, facirlərin (pis əməllərə uyanların) kitabı Siccindədir.” (Mutaffifin, 7)

“Səhih əl-Buxari” kitabında Əbu Hureyrədən belə nəql edilir:

مَعَ رَسُولِ اللَّهِ صلى الله عليه وسلم فَقَالَ لِرَجُلٍ مِمَّنْ يَدَّعِي الإِسْلاَمَ ‏"‏ هَذَا مِنْ أَهْلِ النَّارِ ‏"‏‏.‏ فَلَمَّا حَضَرَ الْقِتَالُ قَاتَلَ الرَّجُلُ قِتَالاً شَدِيدًا، فَأَصَابَتْهُ جِرَاحَةٌ فَقِيلَ يَا رَسُولَ اللَّهِ، الَّذِي قُلْتَ إِنَّهُ مِنْ أَهْلِ النَّارِ فَإِنَّهُ قَدْ قَاتَلَ الْيَوْمَ قِتَالاً شَدِيدًا وَقَدْ مَاتَ‏.‏ فَقَالَ النَّبِيُّ صلى الله عليه وسلم ‏"‏ إِلَى النَّارِ ‏"‏‏.‏ قَالَ فَكَادَ بَعْضُ النَّاسِ أَنْ يَرْتَابَ، فَبَيْنَمَا هُمْ عَلَى ذَلِكَ إِذْ قِيلَ إِنَّهُ لَمْ يَمُتْ، وَلَكِنَّ بِهِ جِرَاحًا شَدِيدًا‏.‏ فَلَمَّا كَانَ مِنَ اللَّيْلِ لَمْ يَصْبِرْ عَلَى الْجِرَاحِ، فَقَتَلَ نَفْسَهُ، فَأُخْبِرَ النَّبِيُّ صلى الله عليه وسلم بِذَلِكَ فَقَالَ ‏"‏ اللَّهُ أَكْبَرُ، أَشْهَدُ أَنِّي عَبْدُ اللَّهِ وَرَسُولُهُ ‏"‏‏.‏ ثُمَّ أَمَرَ بِلاَلاً فَنَادَى بِالنَّاسِ ‏"‏ إِنَّهُ لاَ يَدْخُلُ الْجَنَّةَ إِلاَّ نَفْسٌ مُسْلِمَةٌ، وَإِنَّ اللَّهَ لَيُؤَيِّدُ هَذَا الدِّينَ بِالرَّجُلِ الْفَاجِرِ ‏"‏‏.‏

“Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) ilə birgə (döyüşlərin birində) idik. Həzrət, İslam iddia edən şəxslərdən biri barəsində dedi: “Bu, Cəhənnəm əhlindəndir.” Elə ki, döyüş başladı, həmin şəxs şiddətlə (şücaətlə) döyüşmə başladı və yaralandı. Dedilər: “Ey Allahın Rəsulu, sən dedin ki, o, Cəhənnəm əhlindəndir, halbuki o bu günü çox şücaətlə döyüşdü və öldü.” Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) buyurdu: “Cəhənnəmə (gedib).” Əbu Hureyrə deyir: "Az qalırdı ki, bəzi şəxslər şəkkə düşsünlər. Onlar bu vəziyyətdə idilər ki, birdən deyildi ki, həmin şəxs ölməyib, lakin ağır yaralıdır. Elə ki, gecə oldu, o, şəxs yaralarına dözə bilməyib özünü öldürdü. Bunu Peyğəmbərə (sallallahu əleyhi [və alihi] və səlləm) xəbər verdikdə həzrət dedi: “Allahu əkbər! Şəhadət verirəm ki, mən Allahın qulu və elçisiyəm.” Sonra Bilala əmr etdi ki, camaat içərisində uca səslə desin: “Cənnətə yalnız təslim olmuş nəfs girə bilər. Allah bu dini facir şəxslə də gücləndirər!

 

 

 

 

 

 

 

Fotoşəkil: Səhih əl-Buxari, “Cihad və yürüşlər kitabı”, 172-ci bab: “Allah dini facir şəxslə gücləndirər” babı, səh.754, h.3062; Dar İbn Kəsir, Beyrut/Dəməşq, 1423/2002

15 Yanvar, 2015  15:55 Baxılıb: 1249 Çap