Aişənin Əmr ibn əl-Asa lənət oxuması (Hakim, Zəhəbi və Arnaut)

الأَعْمَشُ: عَنْ أَبِي وَائِلٍ، عَنْ مَسْرُوْقٍ: قَالَتْ لِي عَائِشَةُ: رَأَيْتُنِي عَلَى تَلٍّ، وَحَوْلِي بَقَرٌ تُنْحَرُ. قُلْتُ: لَئِنْ صَدَقَتْ رُؤْيَاكِ، لَتَكُوْنَنَّ حَوْلَكِ مَلْحَمَةٌ. قَالَتْ: أَعُوْذُ بِاللهِ مِنْ شَرِّكَ، بِئْسَ مَا قُلْتَ. فَقُلْتُ لَهَا: فَلَعَلَّهُ - إِنْ كَانَ - أَمْرٌ. قَالَتْ: لأَنْ أَخِرَّ مِنَ السَّمَاءِ أَحَبُّ إِلَيَّ مِنْ أَنْ أَفْعَلَ ذَلِكَ. فَلَمَّا كَانَ بَعْدُ، ذُكِرَ عِنْدَهَا أَنَّ عَلِيّاً -رَضِيَ اللهُ عَنْهُ- قَتَلَ ذَا الثُّدَيَّةِ. فَقَالَتْ لِي: إِذَا أَنْتَ قَدِمْتَ الكُوْفَةَ، فَاكْتُبْ لِي نَاساً مِمَّنْ شَهِدَ ذَلِكَ. فَقَدِمْتُ، فَوَجَدْتُ النَّاسَ أَشْيَاعاً، فَكَتَبتُ لَهَا مِنْ كُلِّ شِيْعَةٍ عَشْرَةً؛ فَأَتَيْتُهَا بِشَهَادَتِهِمْ. فَقَالَتْ: لَعَنَ اللهُ عَمْراً، فَإِنَّهُ زَعَمَ أَنَّهُ قَتَلَهُ بِمِصْرَ.

قَالَ الحَاكِمُ: هَذَا عَلَى شَرْطِ البُخَارِيِّ، وَمُسْلِمٍ (2) .


Əl-Əmaş Əbu Vaildən, o da Məsruqdan belə nəql edir: Aişə mənə dedi: “Yuxuda özümü bir təpənin üstündə gördüm. Ətrafımda da boğazlanaraq öldürülən inəklər vardı.”

Mən dedim: “Əgər yuxun doğrudursa, o zaman ətrafında qanlı döyüş olacaq.”

Dedi: “Sənin şərrindən Allaha sığınıram, nə pis söz dedin.”

Ona dedim: “Bəlkə də bu baş verəcək.”

Dedi: “Səmadan (üzü üstə) yerə düşməyim, mənim üçün bu işi görməkdən daha sevimlidir.”

Bir müddət keçəndən sonra, ona Əlinin Zus-Sədeyyəni öldürdüyünü dedilər. Aişə mənə dedi: “Əgər Kufəyə getsən, buna şəhadət verən (bunu təsdiqləyən) şəxslərdən bir neçəsinin (adını) mənə yaz.” Mən Kufəyə gəldim və gördüm ki, camaat bir neçə dəstəyə bölünüblər. Hər dəstədən on nəfərin adını yazdım və onların şəhadətlərini (Aişəyə) çatdırdım. Aişə dedi: “Allah Əmrə lənət etsin! O iddia etmişdi ki, Zus-Sədeyyəni Misirdə öldürüb!”

Hakim demişdir: “Bu xəbər Buxarinin və Müslimin şərtinə əsasəndir.”

Kitabın mühəqqiqi Şueyb əl-Arnaut (2) nömrəli haşiyədə deyir:

(2)" المستدرك " 4 / 13، ووافقه الذهبي على تصحيحه.


“Müstədrək: 4/13. Zəhəbi də onun bu (xəbəri) səhih bilməsi ilə razılaşmışdır.”

 

 

 

 

 

 

 

Fotoşəkil: Şəmsuddin əz-Zəhəbi, Siyər əlam ən-nubəla, c.2, s.200; Muəssiə ər-Risalə, Beyrut, 1996/1417;  təhqiq: Şueyb əl-Arnaut

14 Yanvar, 2015  14:55 Baxılıb: 1235 Çap