"Səhih Müslim" əhli-sünnə üçün təbərrük vasitəsidir

Əllamə Şeyx Əli ibn Sultan Muhəmməd əl-Qari “Miraqat əl-Məfatih, şərhu Mişkat əl-Məsabih” kitabında “Səhih Müslim”in müəllifi Müslim ibn Həccac barədə deyir:

وَأَبِي الْحُسَيْنِ مُسْلِمِ بْنِ الْحَجَّاجِ الْقُشَيْرِيِّ...

قَالَ شَيْخُ مَشَايِخِنَا عَلَّامَةُ الْعُلَمَاءِ الْمُتَبَحِّرِينَ شَمْسُ الدِّينِ مُحَمَّدٌ الْجَزَرِيُّ فِي مُقَدِّمَةِ شَرْحِهِ لِلْمَصَابِيحِ الْمُسَمَّى بِتَصْحِيحِ الْمَصَابِيحِ: إِنِّي زُرْتُ قَبْرَهُ بِنَيْسَابُورَ، وَقَرَأْتُ بَعْضَ صَحِيحِهِ عَلَى سَبِيلِ التَّيَمُنِ، وَالتَّبَرُّكِ عِنْدَ قَبْرِهِ، وَرَأَيْتُ آثَارَ الْبَرَكَةِ، وَرَجَاءَ الْإِجَابَةِ فِي تُرْبَتِهِ.

Əbul-Hüseyn Müslim ibn Həccac əl-Quşeyri....

Şeyxlərimizin şeyxi, mütəbəhhir (çox dərin biliyə malik) alimlərin əllaməsi Şəmsəddin Muhəmməd əl-Cəzəri “Məsabih” kitabına yazdığı “Təshihul-Məsabih” kitabının müqəddiməsində demişdir: “Mən Nişapurda onun qəbrini ziyarət etdim. Qəbrinin yanında təbərrük məqsədiylə səhih hədislərindən birini (və ya bəzisini) oxudum. Onun türbətində olan bərəkətin təsirlərini və duanın qəbul olunmasının (necə) ümidedilən olmasını gördüm.”

 

 

 

 

 

 

 

Fotoşəkil: Əllamə Şeyx Əli ibn Sultan Muhəmməd əl-Qari, Miraqat əl-Məfatih, c.1, səh. 64; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1422/2001; təhqiq: Camal əl-İtani

13 Yanvar, 2015  00:56 Baxılıb: 1513 Çap

Bu bölmədə