Peyğəmbər (s.ə.a) səhabəsi İbn Abbasın yuxusunda Kərbəla nişanəsi (Hakim və Zəhəbi)

حَدَّثَنِي أَبُو بَكْرٍ مُحَمَّدُ بْنُ أَحْمَدَ بْنِ بَالَوَيْهِ، ثَنَا بِشْرُ بْنُ مُوسَى الْأَسَدِيُّ، ثَنَا الْحَسَنُ بْنُ مُوسَى الْأَشْيَبُ، ثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ، عَنْ عَمَّارِ بْنِ عَمَّارٍ، عَنِ ابْنِ عَبَّاسٍ رَضِيَ اللَّهُ عَنْهُمَا، قَالَ: " رَأَيْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِيمَا يَرَى النَّائِمُ نِصْفَ النَّهَارِ، أَشْعَثَ أَغْبَرَ مَعَهُ قَارُورَةٌ فِيهَا دَمٌ، فَقُلْتُ: يَا نَبِيَّ اللَّهِ مَا هَذَا؟ قَالَ: هَذَا دَمُ الْحُسَيْنِ وَأَصْحَابِهِ، لَمْ أَزَلْ أَلْتَقِطُهُ مُنْذُ الْيَوْمَ "، قَالَ: «فَأُحْصِيَ ذَلِكَ الْيَوْمُ فَوَجَدُوهُ قُتِلَ قَبْلَ ذَلِكَ بِيَوْمٍ»

 

Mənə Əbu Bəkr Muhəmməd bin Əhməd bin Baləveyh rəvayət etdi (və dedi): bizə Bişr bin Musa əl-Əsədi rəvayət etdi (və dedi): bizə əl-Həsən bin Musa əl-Əştəb rəvayət etdi (və dedi): Həmmad ibn Sələmə bizə Əmmar ibn Əmmardan, o da İbn Abbasdan belə nəql edir:  “Günorta vaxtı yuxuda Peyğəmbəri (sallallahu əleyhi və alihi və səlləm) saçı pırtlaşıq və toz-torpaqlı halda gördüm. Bu zaman onun əlində içində qan olan şüşə bir qab var idi.” Dedim: “Ey Allahın Rəsulu, bu nədir?” Buyurdu: “Bu Hüseynin və əshabının qanıdır. Bu gündən bəri onu toplayıram.” Ravi deyir: “Həmin günü yadda saxladıq. Sonradan gördülər ki, Hüseyn həmin gün qətlə yetirilib.”

əl-Hakim deyir:

هَذَا حَدِيثٌ صَحِيحٌ عَلَى شَرْطِ مُسْلِمٍ، وَلَمْ يُخْرِجَاهُ

Bu, Müslimin şərtinə əsasən səhih hədisdir, lakin onlar (Müslim və Buxari) bunu nəql etməmişlər.

Əz-Zəhəbi də bu sözlə razılaşıb:

على شرط مسلم

Müslimin şərtinə əsasəndir.

əl-Hakim ən-Nisaburi, əl-Mustədrək əla əs-səhiheyn, c.4, s.439, h.8201; Dar əl-kutub əl-ilmiyyə, Beyrut, 1422/2002; təhqiq: Mustafa Əbd əl-Qadir Ata

Onlayn mənbə 1: islamport.com

Onlayn mənbə 2: shamela.ws

 

 

 

 

 

 

 

Fotoşəkil: əl-Hakim ən-Nisaburi, əl-Mustədrək əla əs-səhiheyn, c.4, s.439, h.8201; Dar əl-kutub əl-ilmiyyə, Beyrut, 1422/2002; təhqiq: Mustafa Əbd əl-Qadir Ata

 

 

 

 

 

 

 

Fotoşəkil: əl-Hakim ən-Nisaburi, əl-Mustədrək əla əs-səhiheyn, c.4, s.398; Dar əl-Marifə, Beyrut

8 Dekabr, 2014  14:30 Baxılıb: 985 Çap

Bu bölmədə