Cəbrayılın (əleyhis-səlam) İmam Hüseynin (əleyhissəlam) öldürüləcəyini xəbər verməsi (Muhəmməd Tahir Malik)

İbrahim ibn Tahman “Məşyəxətu İbn Tahman” adlı kitabında, səhifə 55-də deyir:

عَنْ عَبَّادِ بْنِ إِسْحَاقَ، عَنْ هَاشِمِ بْنِ هَاشِمٍ، عَنْ عَبْدِ اللَّهِ بْنِ وَهْبٍ، عَنْ أُمِّ سَلَمَةَ، قَالَتْ: دَخَلَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَيْتِيَ فَقَالَ: «لَا يَدْخُلُ عَلَيَّ أَحَدٌ فَسَمِعْتُ صَوْتًا، فَدَخَلْتُ، فَإِذَا عِنْدَهُ حُسَيْنُ بْنُ عَلِيٍّ وَإِذَا هُوَ حَزِينٌ، أَوْ قَالَتْ: يَبْكِي، فَقُلْتُ: مَا لَكَ تَبْكِي يَا رَسُولَ اللَّهِ؟ قَالَ: أَخْبَرَنِي جِبْرِيلُ أَنَّ أُمَّتِي تَقْتُلُ هَذَا بَعْدِي فَقُلْتُ وَمَنْ يَقْتُلُهُ؟ فَتَنَاوَلَ مَدَرَةً، فَقَالَ:» أَهْلُ هَذِهِ الْمَدَرَةِ تَقْتُلُهُ "

Abbad ibn İshaq, Haşim ibn Haşimdən, o Abdullah ibn Vəhəbdən, o da Ümmü Sələmədən nəql edir ki, deyir: Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm ) mənim evimə daxil olub dedi: “Heç kəs yanıma daxil olmasın.” (Lakin) mən səs eşitdim və (içəri) daxil oldum. Bu zaman gördüm ki, Hüseyn ibn Əli onun yanındadır və Allah Rəsulu hüzünlüdür – yaxud dedi: ağlayır –. Dedim: “Nə olub ki, ağlayırsınız, ey Allahın Rəsulu?” Buyurdu: “Cəbrail mənə xəbər verdi ki, ümmətim məndən sonra bunu öldürəcəklər.” Dedim: “Kim öldürəcək onu?” Bu zaman bir ovuc torpağı əlinə alıb dedi: “Bu torpağın camaatı onu öldürəcəklər.”

İbrahim ibn Tahman, Məşyəxətu İbn Tahman, s.55; Məcma əl-lüğət əl-ərəbiyyə, Diməşq, 1403/1983; təhqiq: Muhəmməd Tahir Malik (onlayn mənbə: 1, 2, 3)

Kitabın mühəqqiqi Dr. Muhəmməd Tahir Malik deyir:

قلت : إسناده حسن، رجاله ثقات، وهاشم بن هاشم هو ابن عتبة الزهري المدني ثقة ...

İsnadı həsəndir. Raviləri siqə şəxslərdirlər. Haşim ibn Haşim, İbn Ütbə əz-Zuhri əl-Mədənidir ki, siqədir...”

Sonra ardını qeyd edir və deyir:

والحديث صحيح لشواهده وطرقه الكثيرة، التي بعضها صحيح لغيره مثل رواية أحمد (294/6) وقد أورده أستاذنا الألباني في السلسلة الصحيحة 821 -822 وأشار إلى طرقه وشواهده وصححه. هذا والحديث من دلائل نبوته (ص) الكثيرة التي تشهد بصدقه، وانه لا ينطق عن الهوى. إن هو إلا وحي يوحى.

Hədis, şahidlərinə (dəlillərinə) və çoxlu təriqlərinə görə səhihdir. Hansı ki, bu təriqlərin bəziləri - Əhmədin rəvayətində (2/294) olduğu kimi  - “səhih li-ğeyrih”dir. Bu hədisi ustadımız əl-Əlbani “Silsilət əs-səhihə” kitabında 821-822-ci səhifələrdə gətirmişdir. O, bu hədisin təriqlərinə və şahidlərinə işarə etmiş və onun səhih hesab etmişdir. Bu hədis o Həzrətin  - sallallahu əleyhi və alihi və səlləm - peyğəmbərliyinin çoxlu dəlillərindən biridir və o Həzrətin doğruluğuna və onun “öz nəfsindən bir söz demədiyinə, dediyinin yalnız və yalnız nazil olan vəhy olduğuna” şəhadət verir.”

 

 

 

 

 

 

 

Fotoşəkil: İbrahim ibn Tahman, Məşyəxətu İbn Tahman, s.55; Məcma əl-lüğət əl-ərəbiyyə, Diməşq, 1403/1983; təhqiq: Muhəmməd Tahir Malik

Kitabı yükləmək üçün: ÜNVAN

1 Noyabr, 2014  21:55 Baxılıb: 1220 Çap

Bu bölmədə