Muaviyə xəlifəlik iddiası edir

حَدَّثَنِي إِبْرَاهِيمُ بْنُ مُوسَى، أَخْبَرَنَا هِشَامٌ، عَنْ مَعْمَرٍ، عَنِ الزُّهْرِيِّ، عَنْ سَالِمٍ، عَنِ ابْنِ عُمَرَ، قَالَ وَأَخْبَرَنِي ابْنُ طَاوُسٍ، عَنْ عِكْرِمَةَ بْنِ خَالِدٍ، عَنِ ابْنِ عُمَرَ، قَالَ دَخَلْتُ عَلَى حَفْصَةَ وَنَسْوَاتُهَا تَنْطُفُ، قُلْتُ قَدْ كَانَ مِنْ أَمْرِ النَّاسِ مَا تَرَيْنَ، فَلَمْ يُجْعَلْ لِي مِنَ الأَمْرِ شَىْءٌ‏.‏ فَقَالَتِ الْحَقْ فَإِنَّهُمْ يَنْتَظِرُونَكَ، وَأَخْشَى أَنْ يَكُونَ فِي احْتِبَاسِكَ عَنْهُمْ فُرْقَةٌ‏.‏ فَلَمْ تَدَعْهُ حَتَّى ذَهَبَ، فَلَمَّا تَفَرَّقَ النَّاسُ خَطَبَ مُعَاوِيَةُ قَالَ مَنْ كَانَ يُرِيدُ أَنْ يَتَكَلَّمَ فِي هَذَا الأَمْرِ فَلْيُطْلِعْ لَنَا قَرْنَهُ، فَلَنَحْنُ أَحَقُّ بِهِ مِنْهُ وَمِنْ أَبِيهِ‏.‏ قَالَ حَبِيبُ بْنُ مَسْلَمَةَ فَهَلاَّ أَجَبْتَهُ قَالَ عَبْدُ اللَّهِ فَحَلَلْتُ حُبْوَتِي وَهَمَمْتُ أَنْ أَقُولَ أَحَقُّ بِهَذَا الأَمْرِ مِنْكَ مَنْ قَاتَلَكَ وَأَبَاكَ عَلَى الإِسْلاَمِ‏.‏ فَخَشِيتُ أَنْ أَقُولَ كَلِمَةً تُفَرِّقُ بَيْنَ الْجَمْعِ، وَتَسْفِكُ الدَّمَ، وَيُحْمَلُ عَنِّي غَيْرُ ذَلِكَ، فَذَكَرْتُ مَا أَعَدَّ اللَّهُ فِي الْجِنَانِ‏.‏ قَالَ حَبِيبٌ حُفِظْتَ وَعُصِمْتَ‏.‏ قَالَ مَحْمُودٌ عَنْ عَبْدِ الرَّزَّاقِ وَنَوْسَاتُهَا‏.‏

Mənə İbrahim bin Musa rəvayət etdi (və dedi), Hişam mənə Muamərdən, o da əz-Zuhridən, o da Salimdən, o da  İbn Ömərdən; (ikinci sənəd) İbn Tavus mənə İkrimə bin Xaliddən, o da İbn Ömərdən xəbər verdi və belə dediyini söylədi: Həfsəni ziyarət üçün yanına gəldim. Bu əsnada (təzəcə yuyunduğu üçün) hörüklərindən su damlayırdı. Dedim: “İnsanların vəziyyəti gördüyün kimidir (Əli (ə.s) ilə Muaviyənin Siffeyndə döyüşü nəzərdə tutulur – tərc.). Ancaq mənim üçün heç bir əmirlik verilməmişdir.” Həfsə dedi: “Onların yanına get, çünki onlar səni gözləyirlər. Sənin orada iştirak etməməyinin onlar arasında ixtilafa səbəb ola biləcəyindən qorxuram.” Beləliklə, biz onların yanına getməyənə qədər Həfsə İbn Ömərdən əl çəkmədi. İnsanlar arasında təfriqə düşən zaman (özünü xəlifə sayan) Muaviyə (İbn Öməri nəzərdə tutaraq) kütləyə müraciət etdi: “Əgər bu xəlifəlik məsələsi barədə söz demək istəyən varsa, üzə çıxsın, gizlənməsin. Şübhəsiz ki, biz xəlifə olmağa ondan da, atasından (yəni, Ömər bin əl-Xəttabdan) da daha layiqik.” Bu zaman Həbib bin Məsləmə (İbn Ömərə) dedi: “Bəs nə üçün ona cavab vermədin?” Adbullah bin Ömər dedi: Mən paltarımın arxama və ayaqlarıma dolaşan bağını açıb: “İslam uğrunda sənə və sənin atana qarşı vuruşan şəxs (yəni, Əli) xəlifəliyə daha layiqdir” – demək istədim.  Lakin sözlərimin insanlar arasında təfriqə yaradacağından, bununla da qan tökülməsinə səbəb olacağından və nəzərdə tutduğum mənada başa düşülməyəcəyindən qorxdum. O anda Allahın Cənnət bağlarında (səbr edənlər və axirət həyatını dünya həyatından üstün tutanlar üçün) hazırladığı mükafatı xatırladım (və susdum). Həbib dedi: “Sən özünü qorudun və təhlükəyə atmadın (ağıllı hərəkət etdin).”

Muhəmməd bin İsmayıl əl-Buxari, əl-Cami əs-səhih, Kitab əl-Məğazi, c.5, s.110, h.4108; Dar Tauq ən-Nəcə, Beyrut, 1422/2001; təhqiq: Muhəmməd Zuheyr bin Nasir ən-Nasir (onlayn link 1, 2)

 

 

 

 

 

 

 

Fotoşəkil: Muhəmməd bin İsmayıl əl-Buxari, əl-Cami əs-səhih, s.781, h.4108; Bəyt əl-Əfkar əd-Dəvliyyə lil-Nəşr vəl-Təuzi, ər-Riyad, 1419/1998; təhqiq: Əbu Suhəyb əl-Kərmi

Kitabı yükləmək üçün: ÜNVAN

 

 

 

 

 

 

 

Fotoşəkil: Muhəmməd bin İsmayıl əl-Buxari, əl-Cami əs-səhih (ərəbcə-ingiliscə), c.5, s.265-266, h.4108; Dar əs-Səlam, ər-Riyad, 1418/1997; tərcümə: Dr.Muhəmməd Muhsin Xan

Kitabı yükləmək üçün: ÜNVAN

Suallarımız:

1. Abdullah bin Ömər deyir:  “İnsanların vəziyyəti gördüyün kimidir (Əli (ə.s) ilə Muaviyənin Siffeyndə döyüşü nəzərdə tutulur – tərc.). Ancaq mənim üçün heç bir əmirlik verilməmişdir.” Abdullah bin Ömər insanlar tərəfindən mənə heç bir əmirlik verilməmişdir deyərkən nə nəzərdə tutulur? Hədisin şərhçilərinin fikrincə, bu, xilafət məsələsidir. Doğru fikirdimi?

2. Muaviyə dedi: “Əgər bu xəlifəlik məsələsi barədə söz demək istəyən varsa, üzə çıxsın, gizlənməsin. Şübhəsiz ki, biz xəlifə olmağa ondan da, atasından (yəni, Ömər bin əl-Xəttabdan) da daha layiqik.” Beləliklə, Muaviyə xəlifəliyə Abdullah bin Ömərdən və atası Ömər bin əl-Xəttabdan daha layiq olmaq üçün hansı haqq və keyfiyyətlərə malik idi?

3. Nə üçün İbn Ömər öz fikrini deməyə qorxdu?

4. İbn Ömərin öz düşündüyü haqqı deməyərək gizlətməsi nə adlanır? Təqiyyə deyilmi?

5. Nə üçün İbn Ömər susmağı üstün tutdu və nə üçün eyni şey xilafət qəsbkarlarına susqunluğunu qoruyan İmam Əli (ə.s) üçün keçərli deyil? İbn Ömər qorxaqdırmı?

6. İbn Ömər fikrindən keçirdi ki: “İslam uğrunda sənə və sənin atana qarşı vuruşan şəxs xəlifəliyə daha layiqdir.” Muaviyə və onun atasına qarşı İslam uğrunda vuruşan kim idi?

7. Muaviyəni sözlərinə əsasən, Ömər bin əl-Xəttab xilafətə ondan heç də daha layiq deyildir. Bəs o zaman kim layiq idi?

8. Bu rəvayət özü-özlüyündə isbat etmir ki, Muaviyə İmam Əliyə (ə.s) qarşı Osmanın qanı üçün yox, xilafət məqamı üçün vuruşurdu?

9. Əhli-sünnə əqidə kitablarına əsasən, ilk 4 xəlifə bütün səhabələr arasında fəzilət dərəcələrinə görə bir-birinin ardınca xəlifə olmuşlar. Muaviyə isə göründüyü kimi bu fikrə qarşıdır, belə ki, o, xəlifəlik postuna Ömər bin əl-Xəttabdan daha layiqli şəxs olduğunu iddia edib. Bəs kimin fikri düzgündür? Bu günkü əhli-sünnənin nəzər nöqtəsi, yoxsa Hindin övladı Muaviyənin?

21 Avqust, 2014  12:12 Baxılıb: 1750 Çap