Əbu Bəkr Allah Rəsulu (s) ilə mağarada olubmu? (3) + suallarımız!

حَدَّثَنَا عُثْمَانُ بْنُ صَالِحٍ، حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ وَهْبٍ، أَخْبَرَنِي ابْنُ جُرَيْجٍ، أَنَّ نَافِعًا، أَخْبَرَهُ أَنَّ ابْنَ عُمَرَ ـ رضى الله عنهما ـ أَخْبَرَهُ قَالَ كَانَ سَالِمٌ مَوْلَى أَبِي حُذَيْفَةَ يَؤُمُّ الْمُهَاجِرِينَ الأَوَّلِينَ وَأَصْحَابَ النَّبِيِّ صلى الله عليه وسلم فِي مَسْجِدِ قُبَاءٍ، فِيهِمْ أَبُو بَكْرٍ وَعُمَرُ وَأَبُو سَلَمَةَ وَزَيْدٌ وَعَامِرُ بْنُ رَبِيعَةَ‏.‏

Osman bin Salih bizə rəvayət etdi (və dedi): Abdullah bin Vəhb bizə rəvayət etdi (və dedi): İbn Cureyc mənə xəbər verdi, ona da Nafei xəbər verdi, ona da İbn Ömər (r.a) xəbər verib belə demişdir: Əbu Huzeyfənin köləsi Səlim Mədinəyə ilk hicrət edən mühacirlərə və Peyğəmbərin (s) səhabələrinə Quba Məscidində imamlıq edirdi. Bu camaatın içində Əbu Bəkr, Ömər, Əbu Sələmə, Zeyd və Amir bin Rəbia var idi.

Muhəmməd bin İsmayıl əl-Buxari, əl-Cami əs-səhih, Kitab əl-Əhkam, c.9, s.71, h.7175; Dar Tauq ən-Nəcə, Beyrut, 1422/2001; təhqiq: Muhəmməd Zuheyr bin Nasir ən-Nasir (onlayn link 12)

HƏDİSİN ŞƏRHİ:

قوله ( فيهم أبو بكر وعمر وأبو سلمة ( أي ابن عبد الأسد المخزومي زوج أم سلمة أم المؤمنين قبل النبي صلى الله عليه وسلم وزيد أي ابن حارثة وعامر بن ربيعة أي العنزي بفتح المهملة والنون بعدها زاي وهو مولى عمر ، وقد تقدم في " كتاب الصلاة " في أبواب الإمامة من رواية عبيد الله بن عمر عن نافع عن ابن عمر ، لما قدم المهاجرون الأولون العصبة موضع بقباء قبل مقدم النبي صلى الله عليه وسلم كان يؤمهم سالم مولى أبي حذيفة وكان أكثرهم قرآنا ، فأفاد سبب تقديمه للإمامة .

«İlk mühacirlərə imamlıq edirdi» ifadəsi: yəni, Mədinəyə hicrətdə hər kəsi qabaqlayan şəxslər.

«Aralarında Əbu Bəkr, Ömər və Əbu Sələmə var idi» ifadəsi, yəni Allah Rəsulundan (s) qabaq möminlər anası Ümmü Sələmənin əri İbn Əbd əl-Əsəd əl-Məxzumi ; Zeyd, yəni İbn Harisə (Allah Rəsulunun (s) oğulluğu); Amir bin Rəbiyyə, yəni əl-Ənzi, o da Ömərin nökəridir. «Namaz» kitabının imamət barədə bablarında Ubeydullah bin Ömərin Nafidən, onun da İbn Ömərdən olan rəvayətini qeyd etmişdik. Mühacirlərin ilk dəstəsi Quba məntəqəsinə çatdıqda Peyğəmbər (s) gələnə qədər namazda onlara Əbu Huzeyfənin köləsi Səlim imamlıq etdi. O (yəni, Səlim) Quranı hamısından yaxşı bilirdi və onun imamlıq etməsinin səbəbi bu idi.

والجواب عن استشكال عد أبي بكر الصديق فيهم لأنه إنما هاجر صحبة للنبي صلى الله عليه وسلم ، وقد وقع في حديث ابن عمر أن ذلك كان قبل مقدم النبي صلى الله عليه وسلم وذكرت جواب البيهقي بأنه يحتمل أن يكون سالم استمر يؤمهم بعد أن تحول النبي صلى الله عليه وسلم إلى المدينة ونزل بدار أبي أيوب قبل  بناء مسجده بها ، فيحتمل أن يقال فكان أبو بكر يصلي خلفه إذا جاء إلى قباء .

Əbu Bəkrin hicrət zamanı Peyğəmbərə (s) yoldaşlıq etdiyi vaxtda onun adının Səlimin arxasında namaz qılanlar siyahısında olması və İbn Ömərin hədisində Quba məscidində namaz qılınmasının Peyğəmbərin (s) gəlişindən əvvəl baş verməsi  şübhəsinin cavabında əl-Beyhəqinin bu cavabını gətirdim: «Ola bilər ki, Peyğəmbər (s) Mədinə istiqamətində hərəkətə başlayıb Əbu Əyyubun evində orada məscid tikilməmişdən qabaq dayandıqdan sonra Səlim namaz qılmağa davam edirdi.» Həmçinin belə demək olar: «Əbu Bəkr Qubaya gəldikdən sonra onun (Səlimin) arxasında namaz qıldı.»

İbn Həcər əl-Əsqəlani, Fəth əl-bari şərh Səhih əl-Buxari (müxtəsər), c.13, s.168; Dar əl-Marifə, Beyrut, 1379 (onlayn mənbə 1, 2)

 

 

 

 

 

 

 

Fotoşəkil: İbn Həcər əl-Əsqəlani, Fəth əl-bari şərh Səhih əl-Buxari (müxtəsər), c.13, s.168; Dar əl-Marifə, Beyrut; təhqiq: Əbd əl-Əziz bin Əbdullah bin Baz

Kitabı yükləmək üçün: ÜNVAN

 

 

 

 

 

 

 

Fotoşəkil: İbn Həcər əl-Əsqəlani, Fəth əl-bari şərh Səhih əl-Buxari, c.16, s.706; Dar Teybə, ər-Riyad, 1426/2006; təliq: Əbd əl-Əziz bin Baz və Əbd ər-Rəhman bin Nasir əl-Bərrak; təhqiq: Nəzr bin Muhəmməd əl-Fəryabi

Kitabı yükləmək üçün: ÜNVAN

Bu barədə qeyd etdiyimiz iki hədisi BU LİNKDƏN görə bilərsiniz.

Suallar:

1. Allah Rəsulunun (s) xəstəliyi zamanı guya onun (s) namaz qıldırması üçün Əbu Bəkri imam təyin etməsini xəlifəliyə dəlil, ən yüksək fəzilət hesab edirsiniz. Salim Əbu Bəkr və Ömərə namazda imamlıq etdiyi üçün onlardan fəzilətlidirmi?

2. Bu hədis Əbu Bəkrin Mədinədə Salimin arxasında namaz qıldığını açıqlayır. Ancaq əhli-sünnə iddia edir ki, Əbu Bəkr kafirlərin Peyğəmbərlə (s) birgə Məkkədən çıxardıqları iki nəfərdən ikincisi idi. Ona görə də bu hədisi yozmaq alimlər üçün müşkülə çevrilmişdir.  Əl-Beyhəqinin yozumu gülməlidir. Çünki bu hədis bəyan edir ki, Salimin imamlıq etməsi Peyğəmbər (s) Mədinəyə gəlməmiş baş verib. Bunu necə Peyğəmbərin (s) gəlişindən sonraya aid edir? Hədis «Peyğəmbərin (s) Mədinəyə gəlişindən əvvəl» deyir. Əl-Beyhəqi isə «gəlişindən sonra» deyir. Belə çıxır ki, Əbu Bəkrin təyyarəsi olub, uçub Mədinəyə Salimin arxasında namaz qılıb, sonra yenə mağaraya qayıdıb.

28 Sentyabr, 2013  00:17 Baxılıb: 3524 Çap

Bu bölmədə