Əba əhli (Kisa hədisi)

 
حدثنا محمود بن غيلان حدثنا أبو أحمد الزبيري حدثنا سفيان عن زبيد عن شهر بن حوشب عن أم سلمة : أن النبي صلى الله عليه وسله جلل على الحسن و الحسين وعلى فاطمة كساء ثم قال اللهم هؤلاء أهل بيتي وخاصتي اذهب عنهم الرجس وطهرهم تطهيرا فقالت أم سلمة وأنا معهم يا رسول الله ؟ قال إنك إلى خير 
قال هذا حديث حسن وهو أحسن شيء روي في هذا الباب 
وفي الباب عن عمر بن أبي سلمة و أنس بن مالك و أبي الحمراء و معقل بن يسار و عائشة 

Bizə Mahmud b. Ğeylan rəvayət etdi, bizə Əbu Əhməd əz-Zubeyri rəvayət etdi, bizə Sufyan, Zubeyddən, o da Şəhr b. Havşəbdən, o da Ümmü Sələmə dən rəvayət etdi: Peyğəmbər (s), Əli, Fatimə, Həsən və Hüseyni bir örtük (kisa) ilə örtdü və belə dedi: “Allahım, bunlar mənim əhli-beytim və yaxınlarımdır. Onlardan çirkinliyi (ər-rics) təmizlə və pak et.” Bu zaman Ümmü Sələmə: “Ey Allahın Rəsulu! Mən də onlarla bərabərəm?” - dedi. Rəsulullah (s): “Sən xeyir üzərindəsən” - buyurdu.
Tirmizi dedi: Bu hədis həsəndir. Bu mövzuda rəvayət edilən ən gözəl hədisdir.
Bu mövzuda Ömər b. Əbî Sələmə, Ənəs b. Malik, Əbu’l Həmra, Məqil b. Yəsar və Aişədən də hədis rəvayət edilmişdir.

Əbu İsa ət-Tirmizi, əl-Cami əs-Səhih, c.5, s.699, №3871; Dar İhya ət-Turas əl-Ərəbi - Beyrut; təhqiq: Əhməd Şakir və digərləri.

Onlayn mənbə 1: islamport, 5/699, №3871
Onlayn mənbə 2: islamweb, 5/657, №3871
Onlayn mənbə 4: islamww, 5/699, №3871














Fotoşəkil: Əbu İsa ət-Tirmizi, əl-Cami əs-Səhih, c.5, s.699, №3871; Mətbəə Mustafa əl-Babi əl-Hələbi - Misir, 1977; təhqiq: Əhməd Şakir - Muhəmməd Fuad Əbdül-Baqi - İbrahim Atva Avad

Kitabı yükləmək üçün: ÜNVAN


Şeyx Nasiruddin əl-Albani bu kitaba yazdığı təliqdə hədisin səhih olduğunu qeyd etmişdir.














Fotoşəkil: Əbu İsa ət-Tirmizi, əl-Cami əs-Səhih, s.870, №3871; Məktəbə əl-Maarif lil-Nəşr vət-Təvzi - ər-Riyad; təhqiq: Muhəmməd Nasiruddin əl-Albani - Məşhur b. Həsən Əl Salman

Kitabı yükləmək üçün: ÜNVAN














Fotoşəkil: Şeyx Nasiruddin əl-Albani, Səhih Sünən ət-Tirmizi, c.3, s.570, №3871; Məktəbə əl-Maarif lil-Nəşr vət-Təvzi - ər-Riyad, 1420 h.

Kitabı yükləmək üçün: ÜNVAN


حدثنا قتيبة حدثنا محمد بن سليمان بن الأصبهاني عن يحيى بن عبيد عن عطاء بن أبي رباح عن عمر بن أبي سلمة ربيب النبي صلى الله عيله وسلم قال : نزلت هذه الآية على النبي صلى الله عليه و سلم { إنما يريد الله ليذهب عنكم الرجس أهل البيت ويطهركم تطهيرا } في بيت أم سلمة فدعا النبي صلى الله عليه و سلم فاطمة و حسنا و حسينا فجللهم بكساء وعلي خلف ظهره فجلله بكساء ثم قال اللهم هؤلاء أهل بيتي فأذهب عنهم الرجس وطهرهم تطهيرا قالت أم سلمة وأنا معهم يا نبي الله ؟ قال أنت على مكانك وأنت إلي خير 
قال وفي الباب عن أم سلمة و معقل بن يسار و أبي الحمراء و أنس 
قال وهذا حديث غريب من هذا الوجه 

Bizə Quteybə rəvayət etdi, bizə Muhəmməd b. Süleyman b. əl-Əsbahani, Yəhya b. Ubeyddən, o da Ata b. Rəbahdan, o da Peyğəmbər (s)-in ögey oğlu Ömər b. Əbi Sələmədən rəvayət etdi: "Siz ey Əhli-beyt! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər!" ayəsi Ümmü Sələmənin evində nazil oldu. Peyğəmbər (s) Fatiməni, Həsəni və Hüseyni çağırıb öz əbasını onlara bürüdü. Arxa tərəfdə dayanan Əlini də əbanın altına salıb buyurdu: "Allahım! Bunlar mənim Əhli-beytimdir. Onlardan çirkinlikləri uzaqlaşdır və təmamilə pak et."  Ümmü Sələmə: “Ey Allahın Rəsulu, mən də onlardanmıyam?” -  deyə soruşdu. Rəsulullah (s): “Sən öz yerində dayan! Sən xeyir üzərindəsən!” - buyurdu. 
ət-Tirmizi dedi: Bu mövzuda Ümmü Sələmə, Məqil b. Yəsar, Əbu’l Həmra və Ənəsdən də hədis rəvayət edilmişdir.
ət-Tirmizi dedi: Bu hədis bu şəkli ilə qəribdir. 

Əbu İsa ət-Tirmizi, əl-Cami əs-Səhih, c.5, s.663, №3787; Dar İhya ət-Turas əl-Ərəbi - Beyrut; təhqiq: Əhməd Şakir və digərləri.

Onlayn mənbə 1: islamport, 5/663, №3787
Onlayn mənbə 2: islamweb, 5/622, №3787














Fotoşəkil: Əbu İsa ət-Tirmizi, əl-Cami əs-Səhih, c.5, s.663, №3787; Mətbəə Mustafa əl-Babi əl-Hələbi - Misir, 1977; təhqiq: Əhməd Şakir - Muhəmməd Fuad Əbdül-Baqi - İbrahim Atva Avad

Kitabı yükləmək üçün: ÜNVAN


Şeyx Nasiruddin əl-Albani bu kitaba yazdığı təliqdə hədisin səhih olduğunu qeyd etmişdir.














Fotoşəkil: Əbu İsa ət-Tirmizi, əl-Cami əs-Səhih, s.855, №3787; Məktəbə əl-Maarif lil-Nəşr vət-Təvzi - ər-Riyad; təhqiq: Muhəmməd Nasiruddin əl-Albani - Məşhur b. Həsən Əl Salman

Kitabı yükləmək üçün: ÜNVAN














Fotoşəkil: Şeyx Nasiruddin əl-Albani, Səhih Sünən ət-Tirmizi, c.3, s.543, №3787; Məktəbə əl-Maarif lil-Nəşr vət-Təvzi - ər-Riyad, 1420 h.

Kitabı yükləmək üçün: ÜNVAN
30 Yanvar, 2012  14:16 Baxılıb: 4661 Çap