Keçidən dünyaya gələn insan övladı imam olarsa...

لو أن رجلاً وقع على نعجة فحملت منه وولدت انساناً، وكبر هذا الانسان، وتعلم وصلى بأهل قريته صلاة عيد الأضحى، وبعد الصلاة ذبحوه وضحوا به، فانه يصح لهم ذلك، لأن حكم الولد هو حكم أمه في مثل هذه الصورة، وأمه يصح أن يضحى بها فهو كذلك.

Onlardan bəziləri deyib: Əgər bir kişi bir keçi ilə cinsi əlaqəyə girərsə, həmin keçi (o kişidən) hamilə qalıb insan dünyaya gətirərsə, o insan böyüyüb dərs oxuyub və elm öyrənib, bir kənddə Qurban bayramı namazının imamı olarsa,onu namazdan sonra kəssələr və qurbanlıq etsələr, bu əməl onlar üçün caizdir. Çünki bu surətdə övladın hökmü ananın (yəni, onu dünyaya gətirən keçinin) hökmü kimidir. Və eyni zamanda, onun anasını (keçinin) Qurban bayramında qurbanlıq etmək caizdir. Odur ki, onu da (keçidən olan insan övladını) qurbanlıq etmək caizdir.

Əbdül-Cəlil İsa Əbu Nəsr, Ma lə yəcuz fiha al-xilaf beynə əl-muslimin, s.96

 

 

 

 

 

 

 

Kitabı yükləmək üçün: ÜNVAN

Məsələ bununla bitsə nə var idi ki? Bəziləri bu mövzudan narahat olub və məsələyə aydınlıq gətiriblər. Ancaq qaş düzəltmək yerinə, vurub gözü də çıxarıblar. Aşağıdakı şəkildə gördüyünüz vəhabilərin məşhur forumunda (LINK) deyirlər ki, belə bir şey o kitabda yoxdur, kimsə fətvanı başqa cür təqdim edib və sair və ilaxır. O cümlədən kitabı yükləmək üçün link də qoyurlar. Biz də o linkdən kitabı yükləyib rəsmini paylaşmışıq. İstəyən hər kəs yükləyib yoxlaya bilər.

 

 

 

 

Bir  kişi keçi ilə cinsi münasibətə girib keçinin ondan hamilə qalması və kişi ilə qadının eyni inəkdən süd əmməsi haqqında yalana rəddiyyə

Keçi haqqında yalana rədiyyə:

(Bu yalan) müxalif bir şəxs tərəfindən  sətirlərə əlavə edilərək bəzi  nəşriyyatlarda nəşr olunmuşdur.

Burdan oxuyun:

Qədim zamanda fəqihlərin birindən soruşuldu: “Əgər  bir kişi bir keçi ilə cinsi münasibət qurarsa və ondan (keçi) hamilə qalarsa, bir insan dünyaya gətirərsə, sonra bu şəxs İmam camaat olarsa, Qurban bayramı günü namazını camaatla qılarsa, bir halda ki, onun anası bir keçidir və qurbanlıq olması mümkündür, İmamın camaatla qıdığı namaz etibarlıdırmı? Fəqih fətva verdi ki: “Caizdir”

Başqa bir qəribə fətvada qədim  fəqihlərdən  biri əgər bir kişi və bir qadın bir inəkdən süd içsələr, onlar bir-birləri ilə evlənməsi caiz deyildir. Çünki onlar süd-bacı qardaşı oldular. Kitabın sözü bu qədər.

Rəddiyyə sahiblərinin kitab üçün verdikləri LİNK

Birinci fətvanı kitabdan fərqli şəkildə təqdim ediblər. Qeyd etdikləri ikinci fətva barədə məhz həmin kitabdan məlumatımız yoxdur, ancaq onu deyə bilərik ki, "əs-Səhih" müəllifi Muhəmməd bin İsmayıl əl-Buxarinin oxşar fətvası çoxlarına məlumdur. Onun fətvasına görə, iki uşaq bir inək, və ya keçidən süd içərsə, bir-birlərinə məhrəm olarlar və evlənə bilməzlər. Ətraflı BURADAN tanış ola bilərsiniz.

P.S. Əbdül-Cəlil İsa Əbu Nəsr əl-Əzhər Universitetinin şeyxlərindəndir.

Tərcümə etdi: Zaur Məmmədov (Xaçmaz)
Redaktə: www.313news.net
5 İyul, 2013  21:25 Baxılıb: 3223 Çap

Bu bölmədə

12 Avqust, 2012
Zina edən meymun