İmam Malik: «Osmanın «Müshəf»i itib.»

حدثنا عبد الله ، حدثنا أبو الطاهر ، ثنا ابن وهب قال : سألت مالكاً عن مصحف عثمان رضي الله عنه فقال لي ذهب

 

Bizə Abdullah rəvayət etdi (və dedi), bizə Əbu Tahir rəvayət etdi (və dedi), bizə İbn Vəhb rəvayət etdi və dedi: Malikdən Osmanın r.a. «Müshəf»i barədə soruşdum. (Malik) cavabında dedi: «İtib.»

Əbu Bəkr əs-Sicistani, Kitab əl-məsahif, c.1, s.135; Dar əl-Faruq, Qahirə, 1423/2002; təhqiq: Muhəmməd Abduh

Onlayn mənbə: shamela

Kitabın mühəqqiqi, Məkkədəki məşhur Ummul-Qura Universitetinin professoru Dr.Muhibuddin Əbdul-Subhan Vaiz rəvayətin sənədinin səhih olduğunu buldirmişdir.

 

 

 

 

 

 

Fotoşəkil: Əbu Bəkr əs-Sicistani, Kitab əl-məsahif, s.241-242; Dar əl-Bəşair əl-İslamiyyə, Beyrut, 1423/2002; təhqiq: Muhibuddin Əbdul-Subhan Vaiz

Kitabı yükləmək üçün: ÜNVAN

Şam məktəbinin yetirmələrindən olan İbn Kəsir bu hədisi qeyd etdikdən sonra deyir ki, ehtimal ki, Osmanın öz əli ilə yazdığı və Mədinədə tərk etdiyi müshəf barədə soruşur.

Bu isə sadəcə ehtimaldır. Biz də başqa ehtimal irəli sürüb sual veririk:

Sual: Qurani-Kərimin toplanaraq kamil şəkildə yığılmış və hal-hazırda əlimizdəki Quran olduğu deyilən Osmanın «Müshəf»i itibsə, onda əlimizdə olan Quran nədir? Yoxsa, əhli-sünnənin dörd məzhəb imamından biri olan Malikin dövründə başqa Qurana etiqad ediblər? Yaxud, bəlkə Malikin etiqadı başqa bir Qurana olub?

7 Mart, 2013  16:26 Baxılıb: 2607 Çap