Rəsulullah (s) munzirdir, mən isə hidayət edənəm.

أخبرنا أبو عمر و عثمان بن أحمد بن السماك ثنا عبد الرحمن بن محمد بن منصور الحارثي ثنا حسين بن حسن الأشقر ثنا منصور بن أبي الأسود عن الأعمش عن المنهال بن عمرو عن عباد بن عبد الله الأسدي عن علي : إنما أنت منذر و لكل قوم هاد قال علي : رسول الله صلى الله عليه و سلم المنذر و انا الهادي

Bizə Əbu Ömər və Osman b. Əhməd b. əs-Səmmak rəvayət etdilər, bizə Əbdür-Rəhman b. Muhəmməd b. Mənsur əl-Harisi rəvayət etdi, bizə Hüseyn b. Həsən əl-Əşqar rəvayət etdi, bizə Mənsur b. Əbi əl-Əsvəd, əl-Aməşdən, o da əl-Minhal b. Əmrdən, o da Abbad b. Abdullah əl-Əsdidən, o da Əlidən rəvayət etdi: "İnnəma əntə munziru və li-kulli qavmin had" ayəsi barədə Əli buyurdu: Rəsulullah munzirdir1, mən isə hidayət edənəm.

1 Munzir - aqibətinin yaxşı olmayacağı barədə qorxudan, xəbərdar edən.

əl-Hakim ən-Nisaburi deyir:
هذا حديث صحيح الإسناد و لم يخرجاه
Bu hədisin sənədi səhihdir, lakin onlar (Buxari və Müslim) rəvayət etməyiblər.

əz-Zəhəbi "ət-Təlxis"də deyir:
بل كذب قبح الله واضعه
Bu (hədis) yalandır, Allah bunu uyduruna lənət eləsin.

əl-Hakim ən-Nisaburi, əl-Müstədrək əla əs-Səhiheyn, c.3, s.140, hədis 4646; Darul-kutubil-İlmiyyə - Beyrut


Qeyd: Çox maraqlıdır, əz-Zəhəbi hədisə bu cür şiddətli şəkildə qarşı çıxır, ancaq nə uyduran şəxsin adını çəkir, nə də başqa bir izah verir.















Foto şəkil: əl-Hakim ən-Nisaburi, əl-Müstədrək əla əs-Səhiheyn, c.3, s.140, hədis 4646; Dar əl-Kutub əl-İlmiyyə - Beyrut, 1422 - 2002

Kitabı yükləmək üçün: ÜNVAN
29 Yanvar, 2012  01:29 Baxılıb: 1745 Çap

Bu bölmədə