Rəsulullah (s.ə.a.s): «Allah bizim və bizi sevənlərin torpağını cənnət torpağından yaratdı»

 

حَدَّثَنَا أَبُو الْحُسَيْنِ عَلِيُّ بْنُ إِسْحَاقَ بْنِ رُدِّيٍّ الْقَاضِي قَاضِي طَبَرِيَّةَ بِطَبَرِيَّةَ ، ثنا عَلِيُّ بْنُ نَصْرٍ الْبَصْرِيُّ ، ثنا عَبْدُ الرَّزَّاقِ ، أَخْبَرَنَا مَعْمَرٌ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عَلِيِّ بْنِ الْحُسَيْنِ ، عَنْ أَبِيهِ قَالَ : رَفَعَهُ قَالَ : " إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ خَلَقَ عِلِّيِّينَ وَخَلَقَ طِينَنَا مِنْهَا ، وَخَلَقَ طِينَةَ مُحِبِّينَا مِنْهَا ، وَخَلَقَ سِجِّينَ وَخَلَقَ طِينَةَ مُبْغِضِينَا مِنْهَا ، فَأَرْوَاحُ مُحِبِّينَا تَتُوقُ إِلَى مَا خُلِقَتْ مِنْهُ ، وَأَرْوَاحُ مُبْغِضِينَا تَتُوقُ إِلَى مَا خُلِقَتْ مِنْهُ " ، هَكَذَا حَدَّثَنَاهُ عَلِيُّ بْنُ رُدِّيٍّ ، وَكَانَ أَحَدُ الثِّقَاتِ وَالظُّرَفَاءِ مِنْ أَهْلِ الشَّامِ رَحِمَهُ اللَّهُ ، وَعَلِيُّ بْنُ نَصْرٍ ذَكَرَ أَنَّهُ شَيْخٌ بَصْرِيٌّ قَدِمَ عَلَيْهِمْ .

Mənə qazilər qazisi, sütunlar sütunu Əbul-Hüseyn Əli ibn İshaq ibn Rədi rəvayət etdi, dedi: mənə Əli ibn Nəsr əl-Bəsri rəvayət etdi, dedi: mənə Abdur-Rəzzaq rəvayət etdi, dedi: Mamər mənə Zühridən, o da Əli ibn Hüseyndən, o da atasından (Hüseyin ibn Əlidən), o da mərfu olaraq (yəni, Rəsulullah s.a.a-dən) xəbər verdi, dedi: «Allah illiyyini (cənnəti) yaratdı, bizim torpağımızı da ordan yaratdı. və bizi sevənlərin də torpağını ordan yaratdı. Sonra Allah siccini (cəhənnəmi) yaratdı. Bizim düşmənlərimizin torpağını da ordan yaratdı. Bizi süvənlərin ruhu yarandıqları yerə qovuşacaqlar, Düşmənlərimizin də ruhu yarandıqları yerə qovuşacaqlar.» Eynilə Əli ibn Rədi də bu hədisi nəql etmişdir. O, Şam əhlindən olan siqatlardan (etibarlı şəxslərdən) və ağıllı insanlardan biridir. Əli ibn Nəsr deyir ki, o, Bəsrə şeyxlərindəndir.

Əbu Bəkr ibn əl-Muqri, əl-Mucəm, s.217, h.1176; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut; təhqiq: Muhəmməd Həsən Muhəmməd və Məsud Əbdul-Humeyd əs-Sudani

 

Onlayn link 1: islamport, 3/225
Onlayn link 2: kl28.com

 

 

 

 

 

 

Fotoşəkil: Əbu Bəkr ibn əl-Muqri, əl-Mucəm, s.217, h.1176; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut; təhqiq: Muhəmməd Həsən Muhəmməd və Məsud Əbdul-Humeyd əs-Sudani

Kitabı yükləmək üçün: ÜNVAN

Ravilərin analizi:

1. Əbul-Hüseyn Əli b. İshaq – Kitabın müəllifi Əbu Bəkr ibn əl-Muqrinin onun haqqında tərifini artıq oxudunuz.

2. Əli b. Nəsr əl-Bəsri – Müslim, Əbu Davud, ət-Tirmizi və ən-Nisainin ravilərindəndir.

3. Əbdur-Rəzzaq əs-Sənani – Kutubi-sittənin ravisidir, məşhur əl-Müsənnəf kitabının sahibidir. Səhih əl-Buxaridə 103, Səhih Müslimdə 376 rəvayəti var.

4. Mamər b. Raşid əl-Əzdi – Kutubi-sittənin ravisidir. Səhih əl-Buxaridə 217, Səhih Müslimdə 270 rəvayəti var.

5. əz-Zühri - Kutubi-sittənin ravisidir. Səhih əl-Buxaridə 1186, Səhih Müslimdə 688 rəvayəti var.

6. Əli b. Hüseyn – İmam Zeynəl-Abidin (ə.s). Kutubi-sittədə rəvayətləri var. Səhih əl-Buxaridə 25, Səhih Müslimdə 19 rəvayəti var.

7. Hüseyn b. Əli (ə) – şəhidlər sərvəri, cənnət gənclərinin ağası.

Rəvayətin bütün raviləri əhli-sünnə rical elminə əsasən etibarlı şəxslərdir.

10 Fevral, 2013  22:48 Baxılıb: 1769 Çap

Bu bölmədə