Əbu Bəkr Peyğəmbər (s.ə.a.s)-in yaxınlarına düşən xümsü vermirdi

حَدَّثَنَا عُبَيْدُ اللَّهِ بْنُ عُمَرَ بْنِ مَيْسَرَةَ، حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِيٍّ، عَنْ عَبْدِ اللَّهِ بْنِ الْمُبَارَكِ، عَنْ يُونُسَ بْنِ يَزِيدَ، عَنِ الزُّهْرِيِّ، أَخْبَرَنِي سَعِيدُ بْنُ الْمُسَيَّبِ، أَخْبَرَنِي جُبَيْرُ بْنُ مُطْعِمٍ، أَنَّهُ جَاءَ هُوَ وَعُثْمَانُ بْنُ عَفَّانَ يُكَلِّمَانِ رَسُولَ اللَّهِ صلى الله عليه وسلم فِيمَا قَسَمَ مِنَ الْخُمُسِ بَيْنَ بَنِي هَاشِمٍ وَبَنِي الْمُطَّلِبِ فَقُلْتُ يَا رَسُولَ اللَّهِ قَسَمْتَ لإِخْوَانِنَا بَنِي الْمُطَّلِبِ وَلَمْ تُعْطِنَا شَيْئًا وَقَرَابَتُنَا وَقَرَابَتُهُمْ مِنْكَ وَاحِدَةٌ ‏.‏ فَقَالَ النَّبِيُّ صلى الله عليه وسلم ‏ "‏ إِنَّمَا بَنُو هَاشِمٍ وَبَنُو الْمُطَّلِبِ شَىْءٌ وَاحِدٌ ‏"‏ ‏.‏ قَالَ جُبَيْرٌ وَلَمْ يَقْسِمْ لِبَنِي عَبْدِ شَمْسٍ وَلاَ لِبَنِي نَوْفَلٍ مِنْ ذَلِكَ الْخُمُسِ كَمَا قَسَمَ لِبَنِي هَاشِمٍ وَبَنِي الْمُطَّلِبِ ‏.‏ قَالَ وَكَانَ أَبُو بَكْرٍ يَقْسِمُ الْخُمُسَ نَحْوَ قَسْمِ رَسُولِ اللَّهِ صلى الله عليه وسلم غَيْرَ أَنَّهُ لَمْ يَكُنْ يُعْطِي قُرْبَى رَسُولِ اللَّهِ صلى الله عليه وسلم مَا كَانَ النَّبِيُّ صلى الله عليه وسلم يُعْطِيهِمْ.‏ قَالَ وَكَانَ عُمَرُ بْنُ الْخَطَّابِ يُعْطِيهِمْ مِنْهُ وَعُثْمَانُ بَعْدَهُ ‏.‏

Bizə Ubeydullah b. Ömər b. Məysərə rəvayət etdi (və dedi), Əbdür-Rəhman b. Məhdi bizə Abdullah b. Mubarəkdən, o da Yunus b. Yəziddən, o da Zuheyridən onun belə dediyini rəvayət etdi: mənə Səid b. əl-Musəyyib xəbər verdi (və dedi ki), mənə Cubeyr b. Mutimin xəbər verdiyinə görə o, Osman b. Affan ilə birlikdə (Peyğəmbərin) xümsdən (ayırdığı payı) Haşim oğulları ilə Mütəllib oğulları arasında paylaşdığı barədə söhbət edərək Rəsulullahın (s.ə.s) hüzuruna çatırlar. Mən (Cubeyr b. Mutim) dedim: «Ey Allahın Rəsulu, (sən xümsün bir qismini) qardaşlarımız Mütəllib oğullarına payladın, amma bizə heç bir şey vermədin. Ancaq bizim hər ikimiz sənə eyni dərəcədə yaxınıq.» Peyğəmbər (s.ə.s) cavab verdi: «Haşim oğulları ilə Mütəllib oğulları eyni şeydir.» Cubeyr dedi: «Peyğəmbər (s.ə.s) bu xümsdən Haşim oğulları ilə Mütəllib oğullarına verdiyi kimi Əbdüşəms və Nəvfəl oğullarına vermədi.» O (Cubeyr) dedi: «Əbu Bəkr xümsü eynilə Rəsulullah (s.ə.s) kimi bölüşdürərdi, lakin Rəsulullahın (s.ə.s) öz yaxınlarına verdiyi hissəni Əbu Bəkr onlara verməzdi. Ömər b. əl-Xəttab xümsdən onlara bir hissə verərdi. Osman da onun kimi.»

Əbu Davud əs-Sicistani, əs-Sünən, Cihad kitabı, c.3, s.60, h.2686

Onlayn link 1: islamweb.net
Onlayn link 2: islamport, 2/161

Şeyx Nasiruddin əl-Albani rəvayətin sənədinin «səhih» olduğunu bildirmişdir.

 

 

 

 

 

 

Fotoşəkil: Əbu Davud əs-Sicistani, əs-Sünən, Xərac kitabı, s.532, h.2978; Məktəbə əl-Məarif, ər-Riyad; təhqiq: Nasiruddin əl-Albani və Məşhur Həsən Al Səlman

Kitabı yükləmək üçün: ÜNVAN

 

Qeyd: Fədək bəhsində Əbu Bəkr Fatimə (ə.s) ilə söhbətinə nəzər yetirək:

قَالَتْ وَكَانَتْ فَاطِمَةُ تَسْأَلُ أَبَا بَكْرٍ نَصِيبَهَا مِمَّا تَرَكَ رَسُولُ اللَّهِ صلى الله عليه وسلم مِنْ خَيْبَرَ وَفَدَكٍ وَصَدَقَتِهِ بِالْمَدِينَةِ، فَأَبَى أَبُو بَكْرٍ عَلَيْهَا ذَلِكَ، وَقَالَ لَسْتُ تَارِكًا شَيْئًا كَانَ رَسُولُ اللَّهِ صلى الله عليه وسلم يَعْمَلُ بِهِ إِلاَّ عَمِلْتُ بِهِ، فَإِنِّي أَخْشَى إِنْ تَرَكْتُ شَيْئًا مِنْ أَمْرِهِ أَنْ أَزِيغَ‏.‏

(Aişə) dedi ki: Fatimə Əbu Bəkrdən Rəsulullahın Xeybərdə, Fədəkdən və Mədinə ətrafındakı sədəqəsindən, yəni geriyə qoyduğu mallarından olan öz hissəsini istəyirdi. Əbu Bəkr Fatimənin bu istəyini qəbul etmədi və dedi: «Mən Rəsulullahın (s.ə.s) sağlığında etdiyi heç bir şeyi tərk etmərəm, mütləq onun etdiyini edərəm. Çünki mən onun işindən hər hansı birini tərk etsəm haqdan ayrılacağımdan qorxuram.»

Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Camius-səhih, Xümsün fərz olması kitabı, c.3, s.1126, №2926; Dar ibn Kəsir, Beyrut, 1414/1993

Onlayn mənbə 1: islamweb
Onlayn mənbə 2: uqu.edu.sa
Onlayn mənbə 3: islamport, 11/188

 

 

 

 

 

 

Fotoşəkil: Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Cami əs-səhih, Xümsün fərz olması kitabı, s.418, h.3093; Dar ər-Ruşd, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1427/2006; təhqiq: Əbdüs-Salam b. Muhəmməd Ömər Alluş

Kitabı yükləmək üçün: ÜNVAN

 

Sual yaranır ki, əgər Əbu Bəkr Peyğəmbərin (s.ə.a.s) sağlığında etdiyi bir əməli tərk etməkdən qorxurdusa, nə üçün Peyğəmbər (s.ə.a.s) yaxınlarına xüms vermirdi? Yoxsa bu sözlər sadəcə Fatimə (ə.s)-a Fədəki verməmək üçün deyilən yalan bəhanə idi?

6 Yanvar, 2013  03:56 Baxılıb: 2399 Çap