Rəsulullaha (s.ə.a.s) salavat göndərmək duanın qəbul şərtidir (ət-Tirmizi və əl-Albani)

Allah Sübhənahu və Təala Qurani-Kərimdə buyurur:

إنَّ اللَّـهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ ۚ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمًا

“Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də Ona salavat göndərib, layiqincə salamlayın!”

Əhzab surəsi, 56-cı ayə

 

حدثنا أبو داود سليمان بن سلم المصاحفي البلخي ، أخبرنا : النضر بن شميل ، عن أبي قرة الأسدي ، عن سعيد بن المسيب ، عن عمر بن الخطاب ، قال : إن الدعاء موقوف بين السماء والأرض ، لا يصعد منه شيء ، حتى تصلي على نبيك ص

Əbu Davud Süleyman b. Sələmə əl-Məsahifi əl-Bəlci bizə rəvayət etdi: Nəzr b. Şuməyl bizə Əbi Qurrə əl-Əsədidən, o da Səid b. Müsəyyibdən, o da Ömər ibn Xəttabdan onun belə dediyini xəbər verdi: "Dua göy ilə yer arasında dayanar, Peyğəmbərə (s.ə.a.s) salavat göndərməyənə qədər o duadan heç bir şey Allah qatına yüksəlməz."
Əbu İsa ət-Tirmizi, əl-Cami əs-Səhih, c.2, s.356, №486; Dar İhya ət-Turas əl-Ərəbi, Beyrut; təhqiq: Əhməd Şakir və digərləri.

Onlayn mənbə 1: islamport, 2/356, №486 (əl-Albaninin təhqiqi ilə)
Onlayn mənbə 2: islamweb, 2/356, №486
Onlayn mənbə 3: hadith.al-islam.com
Onlayn mənbə 4: islamport, 1/486, №486; Səhih və zəif Sünən ət-Tirmiz (əl-Albani)

Şeyx Nasiruddin əl-Albani bu hədisi həsən hesab etmişdir.

 

 

 

 

 

 

Fotoşəkil: Əbu İsa ət-Tirmizi, əl-Cami əs-Səhih, s.129, №486; Məktəbə əl-Maarif lil-Nəşr vət-Təuzi, ər-Riyad; təhqiq: Muhəmməd Nasiruddin əl-Albani və Məşhur b. Həsən Ali Salman

Kitabı yükləmək üçün: ÜNVAN

 

 

 

 

 

 

Fotoşəkil: Şeyx Nasiruddin əl-Albani, Səhih Sünən ət-Tirmizi, c.1, s.275, №486; Məktəbə əl-Maarif lil-Nəşr vət-Təvzi - ər-Riyad, 1420/2000

Kitabı yükləmək üçün: ÜNVAN

27 Avqust, 2012  19:06 Baxılıb: 2248 Çap

Bu bölmədə