Rəsulullaha (s.ə.a.s) necə salavat gətirək? (ən-Nəsai və əl-Albani)

Allah Sübhənahu və Təala Qurani-Kərimdə buyurur:

إنَّ اللَّـهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ ۚ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمًا

“Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də Ona salavat göndərib, layiqincə salamlayın!”

Əhzab surəsi, 56-cı ayə

 

أخبرنا سعيد بن يحيى بن سعيد الأموي في حديثه عن أبيه عن عثمان بن حكيم عن خالد بن سلمة عن موسى بن طلحة قال سألت زيد بن خارجة قال أنا سألت رسول الله صلى الله عليه وسلم فقال : صلوا علي واجتهدوا في الدعاء وقولوا اللهم صل على محمد وعلى آل محمد

Səid b. Yəhya v. Səid əl-Uməvi bizə atasından, o da Usman b. Həkimdən, o da Xalid b. Sələmədən, o da Musa b. Təlhədən onun belə dediyini rəvayət etdi: Zeyd b. Xaricədən Rəsulullaha (s.ə.s) necə salavat göndəriləcəyi barədə soruşdum. O dedi: Mən bu sualı Rəsullullah (s.ə.s) vermişdim, o da belə cavab vermişdi: Mənə salavat gətirin, dualarınızda israrlı olun və belə deyin: Allahummə səlli əla Muhəmməd və əla Ali Muhəmməd.

Əhməd b. Şueyb ən-Nəsai, Sünən, c.3, s.45, h.1292; Məktəbə əl-Mətbuat əl-İslamiyyə, Hələb, 1414/1994

Onlayn mənbə 1: islamweb, 3/48-49
Onlayn mənbə 2: kl28.com
Onlayn mənbə 3: islamport, 3/48
Onlayn mənbə 4: hadith.al-islam.com

Şeyx Nasiruddin əl-Albani hədisin səhih olduğunu bildirmişdir.

 

 

 

 

 

 

Fotoşəkil: Əhməd b. Şueyb ən-Nəsai, Sünən, s.210, h.1292; Məktəbə əl-Maarif lil-Nəşr vəl-Təuzi - ər-Riyad, 1417/1997; təhqiq: Şeyx Nasiruddin əl-Albani və Məşhur b. Həsəl Ali Salman

Kitabı yükləmək üçün: ÜNVAN

 

 

 

 

 

 

Fotoşəkil: Nasiruddin əl-Albani, Səhih Sünən ən-Nəsia, c.1, s.413-414, h.1291; Məktəbə əl-Maarif lil-Nəşr vəl-Təuzi - ər-Riyad, 1419/1998

Kitabı yükləmək üçün: ÜNVAN

26 Avqust, 2012  07:35 Baxılıb: 2809 Çap

Bu bölmədə