Əhli-beytə (ə.s) salavat göndərmək duanın qəbul şərtidir (əl-Heysəmi)

Allah Sübhənahu və Təala Qurani-Kərimdə buyurur:

إنَّ اللَّـهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ ۚ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمًا

“Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də Ona salavat göndərib, layiqincə salamlayın!”

Əhzab surəsi, 56-cı ayə

 

عن علي - يعني ابن أبي طالب - قال: كل دعاء محجوب حتى يصلى على محمد صلى الله عليه وسلم وآل محمد

رواه الطبراني في الأوسط ورجاله ثقات

وقد تقدم في أول الباب قبل هذا حديث ابن مسعود ، وهو حديث جيد ، وحديث جابر ، وحديث فضالة بن عبيد

Əli b. Əbu Talibdən belə dediyi rəvayət edilir: Muhəmməd və Al-i Muhəmmədə salavat göndərmədikcə bütün dualar cavabsız qalar.

ət-Təbərani "əl-Əvsət"də rəvayət etmişdir və raviləri siqa şəxslərdir.

Daha əvvəl də fəslin əvvəlində İbn Məsduddan nəql edilmişdir və o, ceyyid (yaxşı) hədisdir. Həmçinin Cabirin və Fuzalə b. Ubeydin hədisləri də bu cürdür.

Hafiz əl-Heysəmi, Məcməuz-zəvaid vəl-mənbəul-fəvaid, c.10, s.180, h.17278

Onlayn mənbə 1: al-eman.com

Onlayn mənbə 2: islamweb.net

 

 

 

 

 

 

Fotoşəkil: Hafiz əl-Heysəmi, Məcməuz-zəvaid vəl-mənbəul-fəvaid, c.10, s.180, №17278; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1422/2001; təhqiq: Muhəmməd Əbdul-Qadir Əhməd Ata

Kitabı yükləmək üçün: ÜNVAN

24 Avqust, 2012  14:14 Baxılıb: 1844 Çap

Bu bölmədə