Allahın, Hz.Muhəmməd (s.ə.a.s) və Nəbilərin (ə.s) lənətinə kimlər gələcək? (əl-Hakim və əz-Zəhəbi)

حدثنا أبو محمد بن عبد الله بن جعفر بن درستويه الفارسي ، ثنا يعقوب بن سفيان الفارسي ، وحدثنا أبو بكر بن إسحاق الفقيه ، ثنا الحسن بن علي بن زياد ، قالا : ثنا إسحاق بن محمد الفروي ، ثنا عبد الرحمن بن أبي الموال القرشي ، وأخبرني محمد بن المؤمل ، ثنا الفضيل بن محمد الشعراني ، ثنا قتيبة بن سعيد ، ثنا ابن أبي الموال عبد الرحمن ، ثنا عبد الله بن موهب القرشي ، عن أبي بكر بن محمد بن عمرو بن حزم ، عن عمرة ، عن عائشة ، قالت : قال رسول الله - صلى الله عليه وآله وسلم - : ستة لعنتهم ، لعنهم الله ، وكل نبي مجاب : المكذب بقدر الله ، والزائد في كتاب الله ، والمتسلط بالجبروت يذل من أعز الله ويعز من أذل الله ، والمستحل لحرم الله ، والمستحل من عترتي ما حرم الله ، والتارك لسنتي

Rəsulullah (s.ə.s) buyurdu: Altı qrup insan var ki, mən, Allah və bütün Nəbilər onlara lənət etmişdir: Allahın qəza və qədərini təkzib edənlər, Allahın kitabına əlavə edənlər, Allahın alçaltdıqlarını yüksəldən və yüksəltdiklərini alçaldanlar, Allahın haram etdiklərini halal sayanlar, İtrətim haqqında Allahın haram etdiyini özlərinə halal sayanlar və sünnəmi tərk edənlər.

əl-Hakim ən-Nisaburi dedi:

قد احتج البخاري بعبد الرحمن بن أبي الموال وهذا حديث صحيح الإسناد ، ولا أعرف له علة ولم يخرجاه

əl-Buxari Əbdür-Rəhman b. Əbi Məvalidən dəlil gətirmək üçün istifadə etmişdir. Bu hədisin sənədi səhihdir, onda heç bir nöqsan görmürəm. Lakin onlar (əl-Buxari və Müslim) təxric etməyiblər.

"əl-Müstədrək əla əs-səhiheyn" kitabının əz-Zəhəbinin "ət-Təlxis"i ilə birgə nəşrində 102 nömrəli haşiyədə deyilir:

تعليق الذهبي قي التلخيص : صحيح ولا أعرف له علة

əz-Zəhəbi "ət-Təlxis"də deyib: Səhihdir, onda heç bir nöqsan görmürəm.

əl-Hakim ən-Nisaburi, əl-Müstədrək əla əs-səhiheyn, c.1, s.196-197, №109; Dar əl-Marifə, 1418/1998

Onlayn mənbə 1: islamweb, c.1, s.196-197, №109

Onlayn mənbə 2: kl28.com, №102

Onlayn mənbə 3: mekkaoui.net, №102

 

 

 

 

 

 

 

Fotoşəkil: əl-Hakim ən-Nisaburi, əl-Müstədrək əla əs-səhiheyn, c.1, s.91, №102; Darul-Kutubil-İlmiyyə, Beyrut, 1422/2002; təhqiq: Mustafa Əbdul-Qadir Ata

Kitabı yükləmək üçün: ÜNVAN

18 İyul, 2012  17:18 Baxılıb: 1634 Çap

Bu bölmədə