Rəsulullah (s.ə.a.s) qadın paltarında!!! (Səhih Müslim)

حدثنا عبد الملك بن شعيب بن الليث بن سعد حدثني أبي عن جدي حدثني عقيل بن خالد عن ابن شهاب عن يحيى بن سعيد بن العاص أن سعيد بن العاص أخبره أن عائشة زوج النبي صلى الله عليه وسلم وعثمان حدثاه أن أبا بكر استأذن على رسول الله صلى الله عليه وسلم وهو مضطجع على فراشه لابس مرط عائشة فأذن لأبي بكر وهو كذلك فقضى إليه حاجته ثم انصرف ثم استأذن عمر فأذن له وهو على تلك الحال فقضى إليه حاجته ثم انصرف قال عثمان ثم استأذنت عليه فجلس وقال لعائشة اجمعي عليك ثيابك فقضيت إليه حاجتي ثم انصرفت فقالت عائشة يا رسول الله مالي لم أرك فزعت لأبي بكر وعمر رضي الله عنهما كما فزعت لعثمان قال رسول الله صلى الله عليه وسلم إن عثمان رجل حيي وإني خشيت إن أذنت له على تلك الحال أن لا يبلغ إلي في حاجته

Əbdül-Məlik b. Şueyb b. əl-Leys b. Sad bizə rəvayət etdi (və dedi), atam mənə babamdan rəvayət etdi, Uqeyl b. Xalid mənə İbn Şihabdan, o da Yəhya b. Səid b. əl-Asdan rəvayət etdi. Ona Səid b. əl-As xəbər vermiş, ona da Peyğəmbərin (s) zövcəsi Aişə və Osman rəvayət etmişdirlər ki, Əbu Bəkr Rəsulullahın (s) yanına daxil olmaq üçün icazə istəyir. Rəsulullah (s) Aişənin çarşabına bürünmüş halda döşəyin üzərində uzanmışdı. O vəziyyətdə Əbu Bəkri qəbul etdi, istəklərini həll etdi, sonra o getdi. Daha sonra Ömər icazə istədi. Eyni vəziyyətdə ona da icazə verdi və istəklərini həll etdi. Sonra o da getdi. Osman dedi ki, daha sonra mən yanına daxil olmaq üçün icazə istədim. (Rəsulullah) yerindən qalxaraq oturdu. Aişəyə də: "Paltarını düzəlt" - dedi. Mən də istəklərimi həll etdim, sonra çıxıb getdim. Bundan sonra Aişə dedi: "Ya Rəsulullah! Nə əcəbsə Osmanın gəlişinə narahat olduğun kimi Əbu Bəkrin, Ömərin gəlişinə narahatçılıq keçirmədin." Rəsulullah (s) buyurdu: "Osman utanqac biridir. Qorxdum ki, bu halda məni görüb istəklərini bildirməz."

Müslim b. əl-Həccac, əl-Müsnəd əs-səhih bi nəqlil ədli, c.4, s.1866-1867, №2402; Dar İhyaul-Kutubil-Ərəbiyyə

Onlayn mənbə 1: islamweb.net
Onlayn mənbə 2: hadith.al-islam.com
Onlayn mənbə 3: imamu.edu.sa













Fotoşəkil: Müslim b. əl-Həccac, əl-Müsnədus-səhih bi nəqlil ədli, s.1126, №2402(27); Dar Teybə, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1427/2006; təhqiq: Nəzər b. Muhəmməd əl-Qurtubi

Kitabı yükləmək üçün: ÜNVAN
__________________________________________________













Fotoşəkil: Müslim b. əl-Həccac, əl-Müsnədus-səhih bi nəqlil ədli, s.977, №2402(27); Beytul-Əfkar əd-Dəvliyyə lil-Nəşr, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1419/1998

Kitabı yükləmək üçün: ÜNVAN 1, ÜNVAN 2
__________________________________________________













Fotoşəkil: Müslim b. əl-Həccac, əl-Müsnədus-səhih bi nəqlil ədli, s.1866-67, №2402(27); Dar İhyail-Kutubil-Ərəbiyyə, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1412/1991; təhqiq: Muhəmməd Fuad Əbdül-Baqi

Kitabı yükləmək üçün: ÜNVAN


QEYD:

Əziz oxucu, Rəsulullah (s.ə.a.s)-in insanlara bu cür təqdim olunmasında kimlərin marağı olduğu barədə heç özünüzə sual edirsinizmi?

Əməvi sülaləsinin bir nümayəndəsi olan Osman haqqında uydurma fəzilət hədisləri düzəltməklə kimlər nə əldə ediblər? Osmanın utanqac biri olduğunu fəzilət hesab edən bu tayfa əziz Peyğəmbərimizə (s.ə.a.s) qadın paltarı geyindirməklə, onu Əbu Bəkrin, Ömərin qarşısına bu cür çıxardaraq nə qazanıblar?

Kainata ideal insan nümunəsi olan əziz Peyğəmbərimizə (s) bu davranışlar yaraşarmı? Bu və bunun kimi digər hədislərin olduğu kitablarda hər hansı bir səhabənin bu cür davranışı barədə hədis tapmaq mümkündürmü? Rəsulullah (s.ə.a.s) etik cəhətdən səhabələrdən bu qədərmi aşağı səviyyədə olub?

Allah həqiqi müsəlmanları iftiralardan və iftiralara inanmaqdan qorusun!
21 May, 2012  16:59 Baxılıb: 2760 Çap