Muaviyə Hz.Əli (ə.s)-ı təhqir edir! (Əbul-Huseyn əs-Sindi)

 
حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، حَدَّثَنَا مُوسَى بْنُ مُسْلِمٍ ، عَنِ ابْنِ سَابِطٍ , وَهُوَ عَبْدُ الرَّحْمَنِ ، عَنْ سَعْدِ بْنِ أَبِي وَقَّاصٍ ، قَالَ : قَدِمَ مُعَاوِيَةُ فِي بَعْضِ حَجَّاتِهِ ، فَدَخَلَ عَلَيْهِ سَعْدٌ ، فَذَكَرُوا عَلِيًّا ، فَنَالَ مِنْهُ ، فَغَضِبَ سَعْدٌ ، وَقَالَ : تَقُولُ هَذَا لِرَجُلٍ سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : مَنْ كُنْتُ مَوْلاَهُ فَعَلِيٌّ مَوْلاَهُ , وَسَمِعْتُهُ يَقُولُ : أَنْتَ مِنِّي بِمَنْزِلَةِ هَارُونَ مِنْ مُوسَى ، إِلاَّ أَنَّهُ لاَ نَبِيَّ بَعْدِي ، وَسَمِعْتُهُ يَقُولُ : لأُعْطِيَنَّ الرَّايَةَ الْيَوْمَ رَجُلاً يُحِبُّ اللَّهَ وَرَسُولَهُ؟ ‏

Əli b. Muhəmməd bizə rəvayət etdi, Əbu Muaviyə bizə rəvayət etdi, Musa b. Müslim bizə Əbdür-Rəhman b. Sabitdən, o da Səid b. Əbi Vəqqasdan rəvayət etdi və dedi: Muaviyə Həccdə olarkən Sad onun yanına gəldi. Əlinin adı zikr olundu, Muaviyə onu söydü. Sad qəzəbləndi və dedi: "Sən onun haqqında bu cür sözlər deyirsən? Halbuki. mən Rəsulullahın (s) onun haqqında belə dediyini eşitmişəm: "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır".  Həmçinin deyib: "Sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimidir". Həmçinin deyib: "Bu gün bayrağı elə bir şəxsə verəcəyəm ki, o, Allahı və Onun Rəsulunu sevir."

əs-Sindi əl-Hənəfi dedi:
قوله : ( فنال منه ) أي نال معاوية من علي ووقع فيه وسبه ، بل أمر سعدا بالسب كما : قيل في مسلم والترمذي
(Onu söydü) - yəni, Muaviyə Əlinin haqqında pis danışdı və onu söydü. Həmçinin, o, Sada Əlini söyməyi əmr etmişdi, necə ki, Səhih Müslim və Sünən ət-Tirmizidə rəvayət edilmişdir.

Əbul-Huseyn əs-Sindi, Şərh Sünən İbn Macə, c.1, s.86; Darul-Marifə, Beyrut, 1416/1996; təhqiq: Xəlil Məmun Şiah

Onlayn mənbə 1: islamweb, №121
Onlayn mənbə 2: hadith.al-islam.com













Fotoşəkil: Əbul-Huseyn əs-Sindi, Şərh Sünən İbn Macə, c.1, s.86, №121; Darul-Marifə, Beyrut, 1416/1996; təhqiq: Xəlil Məmun Şiah

Kitabı yükləmək üçün: ÜNVAN 1 ÜNVAN 2
_____________________________________________













Fotoşəkil: Şərh Sünən İbn Macə (əs-Suyuti, əs-Sindi, əd-Dehləvi, əl-Buseyri, əl-Kənkuhi, ən-Numani), c.1, s.111, №121; Beytul-Əfkar əd-Dəvliyyə, ər-Riyad, Səudiyyə Ərəbistanı; təhqiq: Raid b. Əbi Alfah

Kitabı yükləmək üçün: ÜNVAN
12 May, 2012  23:44 Baxılıb: 1739 Çap

Bu bölmədə