Muaviyə Hz.Əli (ə.s)-ı təhqir edir! (əl-Albani və əl-Arnaut)

 
حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، حَدَّثَنَا مُوسَى بْنُ مُسْلِمٍ ، عَنِ ابْنِ سَابِطٍ , وَهُوَ عَبْدُ الرَّحْمَنِ ، عَنْ سَعْدِ بْنِ أَبِي وَقَّاصٍ ، قَالَ : قَدِمَ مُعَاوِيَةُ فِي بَعْضِ حَجَّاتِهِ ، فَدَخَلَ عَلَيْهِ سَعْدٌ ، فَذَكَرُوا عَلِيًّا ، فَنَالَ مِنْهُ ، فَغَضِبَ سَعْدٌ ، وَقَالَ : تَقُولُ هَذَا لِرَجُلٍ سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : مَنْ كُنْتُ مَوْلاَهُ فَعَلِيٌّ مَوْلاَهُ , وَسَمِعْتُهُ يَقُولُ : أَنْتَ مِنِّي بِمَنْزِلَةِ هَارُونَ مِنْ مُوسَى ، إِلاَّ أَنَّهُ لاَ نَبِيَّ بَعْدِي ، وَسَمِعْتُهُ يَقُولُ : لأُعْطِيَنَّ الرَّايَةَ الْيَوْمَ رَجُلاً يُحِبُّ اللَّهَ وَرَسُولَهُ؟ ‏

Əli b. Muhəmməd bizə rəvayət etdi, Əbu Muaviyə bizə rəvayət etdi, Musa b. Müslim bizə Əbdür-Rəhman b. Sabitdən, o da Səid b. Əbi Vəqqasdan rəvayət etdi və dedi: Muaviyə Həccdə olarkən Sad onun yanına gəldi. Əlinin adı zikr olundu, o (yəni, Muaviyə), onu söydü. Sad qəzəbləndi və dedi: "Sən onun haqqında bu cür sözlər deyirsən? Halbuki. mən Rəsulullahın (s) onun haqqında belə dediyini eşitmişəm: "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır".  Həmçinin deyib: "Sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimidir". Həmçinin deyib: "Bu gün bayrağı elə bir şəxsə verəcəyəm ki, o, Allahı və Onun Rəsulunu sevir."

İbn Macə, Sünən, c.1, s.45; Məktəbətul-İlmiyyə, Beyrut

Onlayn mənbə 1: islamweb, №121
Onlayn mənbə 2: hadith.al-islam.com, №121
Onlayn mənbə 3: wikisource, №126
Onlayn mənbə 4: kl28.com, №121

Şeyx Nasiruddin əl-Albani "Səhih Sünən ibn Macə" kitabında bu hədisin "səhih" olduğunu bildirmişdir. Həmçinin 1 nömrəli haşiyədə deyir:

.١ ) "فنال منه" أي: نال معاوية من علي، وتكلم فيه)  
"Onu söydü" - yəni, Muaviyə Əlini söydü və onun haqqında pis danışdı.













Fotoşəkil: İbn Macə, əs-Sünən, s.38, №121; Məktəbətul-Maarif lil-Nəşr vəl-Təuzi, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1417/1997; təhqiq: Nasiruddin əl-Albani və Məşhur b. Həsən Al Salman

Kitabı yükləmək üçün: ÜNVAN
___________________________________













Fotoşəkil: Nasiruddin əl-Albani, Səhih Sünən ibn Macə, c.1, s.58, №120; Məktəbətul-Maarif lil-Nəşr vəl-Təuzi, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1417/1997; təhqiq: Nasiruddin əl-Albani

Kitabı yükləmək üçün: ÜNVAN
___________________________________

Həmçinin digər sələfi hədisşünas Şeyx Şueyb əl-Arnaut deyib: sənədi səhihdir, sənədindəki ravilər siqadırlar.













Fotoşəkil: İbn Macə, əs-Sunən, c.1, s.88, №121; Darur-Risalə əl-Aləmiyyə, Dəməşq, Suriya, 1430/2009; təhqiq: Şueyb əl-Arnaut

Kitabı yükləmək üçün: ÜNVAN
11 May, 2012  16:55 Baxılıb: 2650 Çap

Bu bölmədə